Şəkidə çobanı ildırım vurdu

18.06.2018 - 09:07

Şəkidə yaylaqda çobanı ildırım vurub.

Bu gün günün ikinci yarısında Şəki rayonu, Şin kənd sakini 1990-cı il təvəllüdlü Rahim Nəriman oğlu Məmmədov Şin kəndinin inzibati ərazisinin yaxınlığında dağda yaylaq ərazidə qoyun otaran zaman  onu ildırım vurub. İldırım vurması nəticəsində travmatik xəsarət alan Rahim Məmmədov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya bildirilib ki, Rahim Məmmədov axşam saat 21 radələrində xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Rahim Məmmədov bədənin sol tərəfinin aşağı və yuxarı ətraflarında ümumi zəiflik hiss edilir.  Hazırda onun müayinə və müalicəsi aparılır.

Rahim Məmmədovun yaxınlarının APA-ya verdiyi məlumata görə, ildırım vurması nəticəsində qoyun sürüsünü mühafizə edən iki çoban iti və bir baş qoyun ölüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120491

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930