Ermənistan vətəndaşı Rusiyada məhkəmə zalında intihar edib – FOTO

04.07.2019 - 17:42

Leninqrad blokadasını yaşamış Nina Masinanın qətlində təqsirli bilinən erməni etnik qrupunun nümayəndəsi Senik Naroyan məhkəmə zalında intihar edib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları bildirib.

Bildirilib ki, Sankt Peterburq Şəhər Məhkəməsinin hakimləri birsəslə onu günahkar bilib və əfvə layiq olmadığını vurğulayıblar.

Hadisə şəhər məhkəməsinin konvoyunun otağında baş verib. Hələlik rəsmi mənbələr hadisəni şərh etməyiblər.

İyulun 1-də müttəhim hakimlərin günahkar olduğunu sübut edəcəkləri təqdirdə, barəsində güllələnmə hökmünün çıxarılmasını xahiş edəcəyini bildirmişdi.

Qeyd edək ki, hadisə 2018-ci il noyabrın 20-də baş verib. Senik Naroyan, Razmik Naroyan və Qalina Quseynova 93 yaşlı, Leninqrad blokadasını yaşamış qadının evinə soxularaq onu boğmuşlar.

Nina Masina Marinsk Teatrı kitabxanasının notlar fondunda işləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129190

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930