Oqtay Gülalıyevin vəziyyətində ağırlaşma var – Həyat yoldaşı

05.12.2019 - 17:54

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində yaxşıya doğru dəyişiklik yoxdur, vəziyyəti ağır olaraq qalır, bu barədə onun həyat yoldaşı, İstanbulun “Amerika xəstəxanası”nda onun yanında olan Firuzə Gülalıyeva bildirib.

“Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə antibiotiklər vurulurdu. Qaraciyərində problem yarandığı üçün dekabrın 4-dən antibiotik vurulması dayandırılıb. Dekabrın 4-də qanından yenə nümunə götürülərək yoxlamağa göndərilib və qarşıdakı 4 gün ərzində analizlərin cavabı məlum olacaq. Ağ ciyərində, qanında isə infeksiya qalmaqda davam edir”, deyə həyat yoldaşı bildirib.

Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, kəllə-beyin travması alıb, nəticədə beyninə qan sızıb. Bir neçə saat sonra fəal komaya düşüb. Oktyabrın 30-da Bakıda o, neyrocərrahi əməliyyat edilib.

Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türk mütəxəssislər Gülalıyevi Türkiyəyə aparmağı tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysi ilə İstanbula göndərilib və “Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da o, “Amerika xəstəxanası”na köçürülüb, növbəti gün burada yenidən neyrocərrahi əməliyyat olunub, başından maye çəkilib.

Müalicə ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb. (Turan)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138091

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930