İranda koronavirusa yoluxan deputatların sayı 23-ə çatdı

03.03.2020 - 19:42

İran İslam Respublikası parlamentinin 23 millət vəkili yeni koronavirusa yoluxub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında parlament sədrinin köməkçisi Abdulrza Məsri deyib.

“Hazırda 23 deputatın koronavirus testi müsbət çıxıb”, – deyə o bildirib.

Məsri, millət vəkillərini xalqla təmasları məhdudlaşdırmağa çağırıb. O qeyd edib ki, mövcud vəziyyətə baxmayaraq parlament işini davam etdirəcək.

Xatırladaq ki, son rəsmi məlumatlara görə, İranda 2 336 virus daşıyıcısı var. Bu günədək 435 nəfər koronavirusdan sağalıb.

İnfeksiyadan ölənlərin sayı isə 77 nəfərə çatıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143445

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930