İranda saxta spirtli içkidən 14 nəfər ölüb

09.03.2020 - 11:15

İranda saxta spirtli içkidən 14 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecə İranın Xuzestan əyalətinin Əhvaz şəhərində spirtli içkidən zəhərlənmə diaqnozu ilə 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, onlardan 14 nəfər ölüb, bəziləri görmə qabiliyyətini tamam itirib.

İranın Səhiyyə Nazirliyi ölənlərin sayının artacağını istisna etməyib.

Bildirilir ki, həmin şəxslər sosial şəbəkələrdə koronavirusla mübarizədə spirtli içki içməyin təsirli olması ilə bağlı yayılmış yalan məlumata inanaraq, sənayedə istifadə olunan spirt qəbul ediblər.

Əhvaz şəhər Tibb Universitetinin rektoru Fərhad Əbul Nejadiyan Əhvazda saxta spirtli içkidən zəhərlənənlərdən bir nəfərin kor olduğunu və 8 nəfərin isə reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143724

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031