Azərbaycanda daha bir imtahan təxirə salındı

17.03.2020 - 13:29

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus təhlükəsi ilə əlaqədar dövlət qurumlarına göndərilən 16 mart 2020-ci il tarixli məktubuna əsasən martın 18-dən etibarən dövlət qulluğuna qəbul olmaq üçün namizədlərlə təyin olunmuş müsahibələr (o cümlədən 12 aprel inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı) təxirə salınır.

Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, müsahibələrin və imtahanın keçirilmə vaxtı barədə əlavə məlumat veriləcək.

5, 12, 19 aprel tarixlərinə aid buraxılış imtahanları təxirə salındığına görə əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahan da digər bir tarixdə keçiriləcək.

Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq məktubuna əsasən Dövlət İmtahan Mərkəzində 2020-ci il martın 17-dən etibarən vətəndaşların qəbulu da dayandırılır.

Vətəndaşların müraciətləri 1653 “Çağrı Mərkəzi” vasitəsilə cavablandırılacaq. Vətəndaşlar Mərkəzin info@dim.gov.az elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144149

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031