“Qarabağ” klubu 1 500 ailəyə ərzaq payladı

03.05.2020 - 13:38

Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən imkanlı şəxslərin, sahibkarların koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdəndir.

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da gündəlik davam edən xeyriyyə tədbirləri sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir.

Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilir, onlara ərzaq yardımı göstərilir. Bu tədbirlərdən biri də Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Qarabağ” futbol klubu tərəfindən həyata keçirilib.

“Qarabağ” futbol klubu karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək, rayonda aztəminatlı ailələrə kömək məqsədilə ərzaq yardımı paylayıb.

Klubun rəhbərliyi, məşqçi heyəti və futbolçular rayon ərazisində 1 500 aztəminatlı ailəyə ərzaq bağlaması təqdim ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=145830

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930