İspaniyanın 2 klubu danışılmış oyunda ittiham olunur

16.05.2020 - 16:27

İspaniyanın “Xetafe” və “Vilyarreal” futbol komandaları danışılmış oyunda şübhəli bilinirlər.

“Report”un “El Pais”ə istinadən verdiyi məlumata görə, iki klub arasındakı qarşılaşma ötən mövsümün son turunda keçirilib və heç-heçə ilə yekunlaşıb – 2:2. Nəticədə Çempionlar Liqasına “Xetafe” yox, “Valensiya” yollanıb.

Jurnalistlər sabiq futbolçular Karlos Aranda və Pako Estebanın söhbətinin səs yazısını üzə çıxarıblar. Orada “Xetafe”nin hücumçusu Xorxe Molinanın adı hallanır. Aranda Estebana təklif edir ki, matçın dəqiq nəticəsinin müzakirəsi üçün Molina ilə əlaqə saxlasın. Hər iki komandanın oyunçularına ümumilikdə 1,8 – 2 milyon avro ödənildiyi güman olunur.

Lakin klublar mətbuat xidmətləri danışılmış oyunda iştirak ittihamını təkzib ediblər. “Xetafe” Molinaya tam dəstək verib, “Vilyarreal” isə öz nüfuzunun müdafiəsi məqsədilə məhkəmə iddiası qaldırmağın mümkünlüyünü öyrənəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146824

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930