3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

27.03.2024 - 11:46

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Üç ay əvvəl Bakı Hərbi Məhkəməsinin hökmü ilə nüfuz alverində təqsirləndirilən zabitlər – Savalan Rəsulov 3 il 6 ay, Fərid İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. İttihama görə, sözügüdən zabitlər hərbi həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir edib, çağırışçıların xidmətdən yayınmaları müqabilində ümumilikdə 67 min manat pul alıblar.

Müttəhimlər hökmlə razılaşmayıb, apellyasiya şikayəti veriblər. Şikayəti Həsən Əhmədovun sədrlik etdiyi hakimlər heyəti araşdırıb. Yuxarı instansiya məhkəməsinin hakimləri istintaq materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxslərin həbsdə qalmasına zərurət olmadığı qənaətinə gəliblər. 

Qərara əsasən, S.Rəsulov və F.İsmayılov 9 min manat cərimə cəzasına məhkum edilib. Zabitlər hər ikisi məhkəmə zalında həbsdən azad ediliblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199557

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930