“Azneft”in baş direktoru vəzifəsindən azad edildi – Yeni təyinat

28.03.2024 - 12:11

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şahmar Hüseynov müvafiq əmrlə İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Qurbanov Əli Qurban oğlu “Azneft” İB-yə yeni baş direktor təyin edilib.

Qeyd edək ki, Q. Qurbanov əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsində çalışıb. 1998-ci ildən başlayaraq BP şirkətində fəaliyyətini davam etdirib. 2011-ci ildən başlayaraq ARDNŞ-nin baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199637

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930