Crocus City Hall-da terror aktı törədənləri burada ələ alıblar – TƏFƏRRÜAT

28.03.2024 - 13:13

Moskva vilayətindəki “Crocus Siti Holl”da terror aktını törədənlər İŞİD terror təşkilatının Əfqanıstan qanadına aid olan və Tacikistanda auditoriya üçün işləyən “Xorasanın səsi” Telegram kanalı vasitəsilə işə cəlb ediliblər. ,

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən “RİA Novosti” məlumat yayıb.

“Biz konkret şəxslə bağlı materialları nəzərdən keçirdik. Həmkarlarımızdan arayış var ki, o, terror aktları törətmək üçün insanların cəlb olunduğu Telegram kanalında olub. Bundan başqa, əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, həmin Telegram kanalı “Crocus City Hall”da terror aktını törədən şəxsləri işə cəlb edib… Bu, “Sadoi Xuroson” (“Xorasanın səsi”) Telegram kanalıdır”, – mənbə bildirib.

Hazırda Əfqanıstandan “Vilayət Xorasan” terrorçularının nəzarətində olan, qadağan olunmuş İD-in Tacikistan qanadına məxsus müvafiq Telegram kanalı silinib. Bunun baş vermə səbəbi mənbəyə məlum deyil. Agentliyin müxbirləri əmin olublar ki, bu kanal nə Rusiyada, nə də Tacikistanda açılmır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199641

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930