Cəbhədən son xəbər: atışma qarşılıqlı olaraq, daha da şiddətlənir

28.04.2016 - 01:25

rrErmənistan ordusu Tərtər ərazisində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Aprelin 27-si saat 23:00 radələrindən etibarən erməni silahlı qüvvələri Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimizi artilleriya silahlarından atəşə tutmağa başlayıblar.
Musavat.com saytının Tərtərə ezam olunmuş reportyorlarının verdiyi son dəqiqə xəbərinə görə, hazırda qarşı tərəfin atəşkəsi pozması intensiv olaraq davam edir. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verir.
Zaman gecəyə doğru irəlilədikcə, atışma qarşılıqlı olaraq, daha da şiddətlənir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya deyib ki, düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur. “Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir” deyə, Dərgahlı bildirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62653

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930