“Azəriqaz”ın səlahiyyətləri iki nazirlik arasında bölüşdürüldü

24.05.2016 - 15:22

azeriqaz“Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətlərinin bir qismi Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyi (EN) arasında bölüşdürülüb.

“Azəriqaz” İB-dən daxil olan məlumata görə, Baş nazir Artir Rəsi-zadənin imzaladığı qərara əsasən, bu gündən etibarən Birliyin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi öz fəaliyyətini dayandırıb. Qurumun işçiləri isə struktura daxil olan digər bölmələrdə müvafiq işlərlə təmin edilib.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev faktı təsdiqləyib. O bildirib ki, heç bir işçi ixtisar olunmayıb:

“Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları mütəmadi olaraq mənzillərə texniki baxış keçirib. Təkcə ötən ay ərzində əməkdaşlarımız tərəfindən 78 534 mənzilə texniki baxış keçirilib.

Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə müvafiq qərarından sonra xidmətə nəzarət Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinə verilib. Yəni, mənzillərə texniki baxışın keçirilməsi “Azəriqaz” tərəfindən deyil, qeyd edilən nazirliklər tərəfindən aparılacaq. Bura qaz avadanlıqları, tüstü bacaları və s. nəzarət daxildir”.

“Qazdan istifadə Qaydaları”nda dəyişikliyə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.

Həmçinin, baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir.

FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

Modern.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=64960

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930