Prosineçki Azərbaycan yığmasından gedir

13.06.2017 - 04:17

Robert Prosineçki – “Bursaspor” – AFFA üçbucağı arasındakı qeyri-müəyyənlik başa çatmaq üzrədir.
Apasport.az saytının “ajansspor”a istinadən məlumatına görə, gözlənildiyi kimi xorvatiyalı mütəxəssis bundan sonrakı karyerasını Türkiyədə davam etdirəcək.

Bu gün meneceri ilə birlikdə AFFA-da rəhbərliklə danışıqlar masası arxasına oturan baş məşqçi “Bursaspor”da işləmək istədiyini bildirib. Ona yeni müqavilə təklif edilsə də, mütəxəssis bundan imtina edib.

Sabah tərəflər arasında müqavilənin pozulması ilə bağlı hüquqi prosedur yoluna qoyulacaq, ardınca isə Prosineçki Türkiyəyə yollanacaq. Burada isə o, 2+1 illik anlaşmaya imza atacaq.

Qeyd edək ki, keçidlə bağlı iddialar milli komandamızın Şimali İrlandiya ilə oyunundan əvvəl səsləndirilsə də, həm AFFA, həm də Prosineçki bunu sərt bir şəkildə təkzib etmişdi.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94501

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930