AFFA Qurban Qurbanovu cəzalandırdı

27.09.2023 - 16:16

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Cumhuriyyet.net xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Sözügedən qərarları təqdim edirik:

“Sumqayıt” – “Turan Tovuz” görüşünün 90+3-cü dəqiqəsində dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Mübariz Orucov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Sumqayıt” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 42.3, 32);

“Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

“Sabah” – “Kəpəz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 72.4);

“Səbail” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);

“Qəbələ” – “Qarabağ” oyununun 42-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Rasim Ramaldanov meydançaya daxil olaraq rəqib oyunçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanır, “Qəbələ” klubu 1000 manat cərimə edilir (maddə 44.5);

“Qəbələ” – “Qarabağ” oyununun 42-ci dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Qarabağ” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);

“Qəbələ” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 42.4);

“Qəbələ” – “Qarabağ” oyununun 88-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilir (maddə 43.7).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=196110

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031