“Nar” ilə “WhatsApp” artıq pulsuzdur

10.05.2018 - 22:55

4 may 2018-ci il tarixindən etibarən, artıq “Nar”-ın bütün yeni aktivləşmiş “Turbo” internet paketlərində “WhatsApp” pulsuzdur. Bununla da, “Turbo” istifadəçiləri paketin istifadə müddəti bitənədək   “WhatsApp” vasitəsilə   yazılı mesajlar göndərə biləcəklər.

 

Xatırladaq ki, müxtəlif həcmli “Turbo” paketləri istər mobil telefonda, istərsə də kompüterdə 225 Mb/s-dək sürətdən zövq almaq imkanı verir. Paket bitdikdə isə “ədalətli istifadə” siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadək pulsuz internetdən və “WhatsApp”  vasitəsilə limitsiz yazışmadan yararlanmaq olar. Üstəlik, irihəcmli “Turbo XL”, “Turbo 2XL” və “Turbo 3XL” paketlərində gecələr internet yüksək sürətlə pulsuz və limitsizdir.

 

“Nar”-ın “Turbo” internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=118654

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930