“Nar”-dan Naxçıvan üçün xüsusi təklif

13.06.2018 - 19:52

“Nar” operatoru Naxçıvan üçün xüsusi təkliflə çıxış edib. Artıq “Turbo L” paketini 50% endirimlə əldə etmək mümkündür. Paketi aktivləşdirən abunəçi 1,5 GB interneti 3 AZN-ə əldə edir. “Turbo L” paketini 11-15 iyun tarixləri arasında sifariş edən bütün abunəçilər bu endirimdən yararlana biləcəklər. Paketin istifadə müddəti 30 gündür. İstifadə müddəti bitdikdən sonra paket standart şərtlərlə avtomatik olaraq aktivləşir.

 

Kampaniyaya qoşulmaq üçün *777#04#yes yığmaq və ya +L yazıb 777 nömrəsinə göndərmək lazımdır. Bonusları yoxlamaq üçün isə *777#20#YES yığmaq kifayətdir. Bu təklif yalnız müvafiq SMS bildirişini alan “Nar” abunəçilərinə şamil olunur. Kampaniya haqqında daha ətraflı məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək olar: https://www.nar.az/turbo-l-nakhchivan

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120412

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930