Facebook dolları və Avropanı çökdürə bilər – YENİ VALYUTA

19.10.2019 - 11:13

321562Fransa, Almaniya və İtaliya Facebook-un buraxmağa hazırlaşdığı «Libra» kriptovalyutasını qadağan etməyə hazırlaşırlar.

Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer bildirib ki, «Libra» ilə Avropanın suverenliyi karta qoyulub. Libra bivalyuta zənbilindən formalaşacağına görə, Facebook-un 2,5 milyard istifadəçisi Avropa Birliyində maliyyə sabitliyini pozacaq.

Nazir bildirib ki, Berlin, Paris və Roma Facebook-un gələn il buraxmağa hazırlaşdığı Libra kriptovalyutasına Avropada qadağa qoyacaqlar. Bununla yanaşı, nazir görüləcək tədbirləri açıqlamayıb.

Nazir bildirib ki, yeni valyutanın yaratdığı əsas problemlərdən biri onun bivalyuta zənbilinə bağlanmasıdır (yəni yeni valyutanın məzənnəsi avro və dolların birgə məzənnəsinə əsasən formalaşacaq).

«Facebook şirkəti istənidən pul vathidinə təsir edə biləcək, bunun üçün zənbildə hansı valyutanın payının necə olacağını müəyyən etmək kifayətdir. Bu dövlətlərin effektivliyinə təsir edəcək və pul-kredit siyasətini zəiflədcək»-deyə maliyyə naziri bildirib.

Onun sözlərinə görə, 2,5 milyard istifadəçisi olan şəbəkənin Avropanın maliyyə sisteminə qarışmasının əleyhinədir: «Biz razı olarıqmı ki, pul-kredit siyasəti Facebookun əlində cəmləşsin? Xeyr! Biz yalnız avropa normaları daxilində fəaliyyət göstərən rəqəmsal valyutanın buraxılmasına razıyıq».

Bir qədər əvvəl Avropa Mərkəzi Bankının idarə heyətinin üzvü Benua Köre də bildirmişdi ki, kriptovalyutanın dövriyyəyə buraxılması beynəlxalq maliyyə sisteminə və milli iqtisadiyyatlara təhlükə yaradacaq.
«Təsəvvür edin ki, zəif bank sektoru olan ödkədə əhali öz alış-satışları və yığımları üçün kütləvi şəkildə kriptovalyutadan istifadə edir. Bu valyutanın məzənnəsinə heç bir dövlət və ya bank qarantiya vermir və onun çökməsi fəlakət olardı».

Bank təmsilçisi bildirib ki, Avropa maliyyə bazarında kriptovalytanın işləməsinə qarşı deyil, bir şərtlə ki, bu sahənin tənzimlənməsi ilə bağlı bütün qaydalar tərtib olunsun və bütün risklər aradan qaldırılsın.
Xatırladaq ki, bir həftə əvvəl Visa, MasterCard, Stripe və EBay şirətləri də Facebook-un yaratdığı Libra layihəsindən çıxıblar. Libra nümaynədələri bildiriblər ki, həmin şirkətlərə təzyiqlər olub.
Rusiya Bankı da yeni valyutaya ehtiyatla yanaşır, üstəlik, burada hesab edirlər ki, Telegram və Facebook-un kriptovalyuta buraxması şəbəkələrdə yeni fırıldaqçılıq sxemlərinə yol açacaq. Bank nümaynədəsi Valeri Lyax bildirib ki, şəbəkədə Gram və Libra adlandırılan yalançı kriptovalyutalar da ortaya çıxa bilər. /fed.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134929

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930