Tədavülə yeni yubiley pul nişanı buraxıldı

24.10.2019 - 16:34

Bu il müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü tamam olur.

Bu barədə “Cümhuriyyət”ə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb.
Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31,1 qram (+0,1 qram), diametri isə 38,61 millimetr təşkil edir. Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Bakı Dövlət Universitetinin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunub.
Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=135248

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031