SOCAR yeraltı anbarlardan qazın götürülməsinə başlayıb

22.11.2019 - 15:15

Bu ilin qazvurma mövsümündə (2019-cu il 10 aprel – 15 noyabr tarixlərində) Azərbaycanın yeraltı qaz anbarlarına 2 266 mln. kubmetr qaz vurulub.

Bu barədə “APA-Economics”ə Azərbaycanın neft-qaz bazarında fəaliyyət göstərən mənbə bildirib.

Qeyd edək ki, Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur. “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumu 3,5 mlrd. kubmetr təşkil edir. Anbarların hər ikisi də SOCAR-ın tabeliyindədir.

Mənbənin sözlərinə görə, 15 noyabr 2019-cu il tarixindən etibarən (ölkədə istilik mövsümünün başlanması) qaz anbarlarından qazın götürülməsinə başlanılıb.

“Götürülən günədək anbarlarda olan qazın həcmi 3 036 mln. kubmetr təşkil edib (ötən mövsümdən qalıq qazı daxil – red.)”, – deyə mənbə qeyd edib.

Xatırladaq ki, SOCAR 2021-ci ilin sonunadək “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumunu 5 mlrd. kubmetrə çatdırılmasını planlaşdırır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137018

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930