Neft 30 dolları keçdi

20.03.2020 - 12:18

Martın 18-də qeydə alınan kəskin qiymət enişindən sonra dünya birjalarında neftin qiymətində başlanan artım davam edir. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 11.00-da Londonun ICE birjasında Brent neftinin bir bareli 30 dolları keçib.

Nyu-York birjasında isə WTI nefti 27 dollara satılmağa başlayıb.
Analitiklər bildirirlər ki, neft bazarında qiymətləri yüksəldən əsas iki faktordur. Bunlardan birincisi, ABŞ Energetika Nazirliyinin strateji neft ehtiyatlarını artırmaq üçün 30 milyon barrel neft almaq qərarı qəbul etməsidir.
Bazara müsbət impuls verən daha bir amil The Wall Strret Journal-ın Donald Tramp administrasiyasının Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı qiymət müharibəsini tənzimləmək üçün hərəkətə keçməsinə dair xəbəridir. Qəzetin yazdığına görə, Vaşinqton diplomatik yollarla Səudiyyə Ərəbistanını hasilatı artırmaq planlarından vaz keçməyə razı salmaq, həmçinin Rusiyanın bazar əlavə neft çıxarmasının qarşısını almaq üçün sanksiyaları gücləndirmək niyyətindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=144242

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31