“Neftin qiymətində azalma ehtimalı azdır” – Fatih Birol səbəbləri açıqladı

08.05.2020 - 19:19

Beynəlxalq Enerji Agentliyinin (UEA) sədri Fateh Birol neftdə keçən ay olduğu kimi yenidən mənfi qiymət gözləmədiyini söyləyib. 

“Bloomberg” agentliyinin məlumatına görə, Birol qiymətlərin yüksəlməsi üçün 2 faktora baxılacağını bildirib: “Birincisi, iqtisadi aktivliyin artması, ikincisi ölkələrin karantinləri yüngülləşdirməsinin nəqliyyat sektoruna nə qədər can verəcəyidir. İşlər normal şəkildə davam etsə, qiymətlərin bu səviyyələrdə olacağını düşünürük. İnsanlar evdən çıxarsa ,iqtisadiyyatda yüngül bir artım olarsa qiymətlərdə artım görə bilərik”.

Birol aprel ayının neftdə “qara aprel” olacağını bildirmişdi.

“Gözlədiyimiz oldu və qiymət keçən ay mənfiyə düşdü. Apreldə dünya neft tələbində çox böyük azalma gözləyirdik və oldu. Tələb təxminən 30% düşdü. Eyni zamanda, Səudiyyə Ərəbistanı və Rusiya istehsalı artırdılar. Bu iki şok eyni vaxtda olduğuna görə aprel ayının neft tarixinə “qara aprel” olaraq düşəcəyini söyləmişdim, neft qiymətləri də mənfi oldu”,- Birol deyib.

İstehsalçı ölkələrin hasilatı daha çox azaldacaqlarını gözləmədiyini söyləyən Birol, “normal şərtlər altında OPEC bu şəkildə hasilat azaltmağa davam edəcək, ABŞ, Kanada kimi ölkələrdə istehsallarda azalma baş verəcək, biz də qiymətləri bəlkə bu səviyyələrin bir az da üzərində görəcəyik” deyə vurğulayıb.

Neftdə keçən ay olduğu kimi yenidən mənfi qiymətləri görmək ehtimalının azaldığını ifadə edən Birol, bunun ən əsas səbəbləri ABŞ-ın ciddi tədbirlər görməsi və istehsaldakı ciddi azalma olduğunu qeyd edib: “Qiymətlərin mənfiyə keçməsini qeyri-mümkün demirəm, amma ehtimal çox aşağıdır. Qiymətlərdə aşağı istiqamətli təzyiq ola bilər, amma dünyada iqtisadi yığışma olarsa, ikinci virus dalğası gəlməzsə və tələb canlansa qiymətlərin bu səviyyələrin də bir az üzərinə qalxacağını düşünürəm”.

Enerji sektorunun qabaqcıl 50 rəhbəri ilə müzakirələr apardıqlarını bildirən Birol, hər kəsin çox narahat olduğunu, hər şirkətdə ciddi şəkildə işdən çıxarmalar olacağını söyləyib. Birol yeni layihələr mövzusunda böyük iştahsızlıq olduğunu, ancaq bəzi şirkətlərin inkişaf edən ölkələrdəki daha kiçik şirkətləri satın almağa maraq göstərəcəyini dilə gətirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146217

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031