Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 7-də 40,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 40,19 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,88 dollar/barel azdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=155660