Taxıl təminatı ilə bağlı yeni strategiya HAZIRLANIR

13.01.2022 - 14:03

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində buğda təminatı ilə bağlı məsələyə toxunub.

 

Ölkə başçısı deyib ki, hələ də özümüzü buğda ilə tam edə bilmirik:

 

“3-3,4 milyon ton buğda istehlak edirik, onun cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik. Əgər bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, səhv olar.

 

Amma çalışmalıyıq ki, yerli istehsal artsın. İlk növbədə məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 3,2 tondur. Əgər bu rəqəm 4-4,5 tona çatsa, bu mümkündür, çünki bəzi fermer təsərrüfatlarında 7, bəzilərində 6 tondur”.

 

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə açıqlamasında bildirib ki, hazırda bu istiqamətdə işlər həyata keçirilir:

 

 

“Cənab Prezident ümumilikdə ərzaq təhlükəsi ilə bağlı həyata keçirilən strategiyanın elementlərini bəyan etdi. O cümlədən, ərzaq təhlükəsizliyimizdə özünü təminetmənin hansı məhsullar üzrə daha yüksək olduğunu, hansı məhsullar üzrə isə bundan sonra da özünü təminetmə səviyyəsini yüksəltmə ehtiyacları ilə bağlı vəzifələr də müəyyənləşdirildi, buğda ilə özünü təminetməmizlə bağlı dövlətin hədəfləri də açıqlandı”.

 

F.Fikrətzadə deyib ki, iri taxılçılıq təsərrüfatlarında müasir texnologiyaların tətbiqilə məhsuldarlığı artırmaqla əlaqədar dövlət siyasəti müəyyənləşdirilib:

 

“Digər bir məqam ət və süd məhsulları üzrə özünü təminetmənin göstəricilərinin daha da yüksəlməsi ilə bağlıdır. Buğdayla bağlı isə işğaldan azad edilmiş ərazilərimizdə potensialımızın göstərilməsi haqqında məsələlər qarşıya qoyulub. Geniş torpaq resursları olan ərazilərdən, başqa ölkələrdən torpaq icarə götürmək məsələsində yeni yanaşma müəyyənləşdirilib. Prezidentin də qeyd etdiyi kimi, bizim ölkə olaraq torpaq resurlarımız dünyanın bir çox ölkələrinə nisbətən məhduddur. Bu məhdudluğun kompensasiya olunması ilə əlaqədar məsələlər də bəyan edilib. Hazırda bunlar müzakirə edilir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169415

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930