Marketlərdə plastik torbalar heç vaxt pulsuz olmayıb – Ekspert

15.02.2023 - 12:53

Marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər, hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür.

Cumhuriyyet.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib.

“Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir. Torbanın xərci də məhz digər məsrəflər hissəsində gizlənirdi. Bu xərcin çek üzərində 3-5 qəpik olaraq göstərilməsi insanların daha məsuliyyətli olması üçündür. Əlqərəz, bu günə qədər torbanın qiymətinin çek üzərində yazılmaması polietilen torbanı bizə market sahibinin cibindən alması demək deyildi”, – iqtisadçı bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188144

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930