Neft və qızıl ucuzlaşıb
Dünya bazarında neft ucuzlaşıb.
“APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,56 dollar azalaraq 44,19 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,51 dollar azalaraq 45,69 dollar olub.
Amerika fond bazarında Dow Jones indeksi 0,29% – 18 570,85 bəndədək, S&P 500 0,46% – 2 175,03 bəndədək, NASDAQ 0,52% – 5 100,16 bəndədək artıb.
“APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,46% – 6 730,48 bəndədək, Fransa CAC-40-ı 0,11% – 4 381,10 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,09% – 10 147,46 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 7,60 dollar azalaraq 1 323,40 dollara, gümüş isə 0,12 dollar azalaraq 19,69 dollara satılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=70909