Banklar dolları rəsmi məzənnədən 8% baha satır

24.08.2016 - 16:50

dollarAzərbaycanda bir sıra kommersiya bankları manat kartları üzrə xarici valyutaya konvertasiya əməliyyatlarına görə komissiya haqqını artırıb. Konvertasiya faizlərini “Rabitəbank” ASC 2%-dən 5%-ə, “Silkway Bank” və “Expressbank” ASC-lər 2%-dən 4%-ə, “Amrahbank” ASC 0,5%-dən 5%-ə çatdırıb. “Azər-Türk Bank” ASC-də nağd xarici valyuta çıxarmaq istəyən 4%, qeyri-nağd ödəniş edən isə 0,5% konvertasiya haqqı ödəməlidir.

Nəticədə, hazırda manat kartlarının sahiblərinin xarici valyuta çıxarmaq və ya xarici valyuta ilə ödəniş etmək istədikdə bankların valyuta satış məzənnəsindən əlavə 4-5% artıq xərcləri yaranır. Məsələn, bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının rəsmi məzənnəsi 1,6245 AZN/USD-yə bərabərdisə, banklar manat kartından dollar çıxarmaq istəyən və ya dollarla ödəniş həyata keçirmək istəyən şəxsə 1 dolları maksimum 1,6245+4%=1,6895 AZN/USD və 1,6895+4%=1,7571 AZN/USD-yə satır. Bu isə AMB-nin rəsmi məzənnəsindən 8,2% çoxdur. Bu xərc xarici ölkələrdə manat kartı ilə ödəniş edən şəxslərə də aid edilir.

Qeyd edək ki, yuxarıda adı çəkilən banklardan “Amrahbank” və “Azər-Türk Bank” hazırda adambaşı 500 ABŞ dolları limitilə xarici valyuta satışını həyata keçirir. Bu isə o deməkdir ki, bu bankların bankomatından dollar nağdlaşdırıldıqda qiyməti “Azər-Türk Bank”da 1,7571 AZN/USD, “Amrahbank”da isə 1,7740 AZN/USD təşkil edir. Həmin bankların daxilində isə (mübadilə şöbəsində) dolların satış məzənnəsi 1,6895 AZN/USD təşkil edir. (report)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74019

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930