Azərbaycanda daha bir neft yatağı aşkar olundu – QURUDA

25.08.2016 - 11:45

neftKanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokundan saziş çərçivəsində ilk neft hasil edib.

“Report” şirkətə istinadən xəbər verir ki, təxminən gündəlik 300 barel neft hasil olunub.

Qeyd edək ki, Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanda “Zenith Aran Oil Company Ltd.” müəssisəsini yaradıb. Yataqlar blokunda əməliyyatı “Zenith Aran Oil Company” və SOCAR-ın yaratdığı “Aran Oil” əməliyyat şirkəti aparır.

Bu il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (PSA) imzalanıb.

Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.

Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74049

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930