Britaniya hökuməti Bakı neftinə bulaşıb

23.08.2014 - 07:10

Nəyə görə Böyük Britaniyanın baş naziri Devid Kameron İlham Əliyevlə bu
qədər mehriban davranmalıdır? Nəyə görə, ölkənin energetika naziri Maykl
Fallon ötən ay Azərbaycana səfər etmişdi?

 
Avrovision və ya Formula 1 yarışmasına qədər, Britaniyada çoxlarının
Azərbaycan haqqında çox şey bildiklərinə şübhə edirəm. Həqiqətdə isə siz
özünüzə sual edə bilərsiniz ki, ümumiyyətlə, bu, Avropa ölkəsi sayıla
bilərmi? Əgər belədirsə, o halda, nəyə görə Böyük Britaniyanın baş
naziri Devid Kameron İlham Əliyevlə bu qədər mehriban davranmalıdır?
Nəyə görə, ölkənin energetika naziri Maykl Fallon ötən ay Azərbaycana
səfər etmişdi?

Neft nəhəngi BP-nın bu ölkədə güclü maraqlarının olduğunu və
Azərbaycanın paytaxtı Bakının neft və qaz dənizində üzdüyünü öyrənəndən
sonra vəziyət sizə nisbətən aydın ola bilər. 

Amma yalnız Konservatorlardan olan partiyalı nazirlər deyil, hətta
sabiq əmək naziri və Yaxın Şərqdə səfir səkahiyyətlərini icra edən Toni
Bleyer də bu işlərin içindədir. O, böyül enerji konsorsiumunda
məsləhətçi kimi bu köhnə sovet respublikasından mübahisəli boru
kəmərlərinin məsələsi ilə məşğuldur. 

Özünün zəngin neft və qaz ehtiyatlarına güvənən Bakı Yaxın Şərqin
rekordlarını qıraraq böyük kapital axınlarını cəlb etmək niyyətini
güdür, özünü Dubayla müqayisə etməkdən qürrələnir. Təəssüf ki, bu
ölkənin siyasi rejimi bu zənginliklərdən insan haqlarına öz yanaşma
standartlarının qəbul etdirilməsi üçün də istifadə edir. Orada
hakimiyyəti tənqid edənlər və qonşu ölkələrlə münasibətlərdə körpü
qurnaq istəyənlər vətənə vxəyanətdə ittiham edilərək qanunsuzluqla
cəzalandırılırlar. 

Azərbaycandakı problemlər mənim diqqətimi Avropa parlamentinin üzvü
kimi cəlb etməyə başlayıb. Mən bir tanışımdan emaillə məktub aldım. O,
15 il qabaq qadın sülh təşəbbüsçülərinin konfransında Leyla Yunusla
tanış olub. Leyla ona çox dırindən təsir etmişdi. Öz vətəninə sevgisi və
ölkəsinin bütün qonşularla sülh əldə etməsində yardımçı olmaq istəyi
ilə. 

Azərbaycandakı bütün başqa hüquq müdafiəçiləri kimi Leyla və onun
həyat yoldaşı da daimi təqiblər altında olduqlarına görə yeganə
övladları olan Dinaranı təhlükəsizlik məqsədilə Niderllanda
köçürmüşdülər. Mən uzun illər ərzində onları dəstəkləmək üçün əlimdən
gələni etmişəm. Bu arada isə Bakıda onunla son görüşümüzü xatırladım.

Azərbaycan Avropa Birliyi ilə iqtisadi münasibətlərini inkişaf
etdirmək, bəlkə, hətta ola bilsin, nə zamansa AB-nin üzvü olmaq da
istəyir. Avropa Birliyi bu ölkədəki gənc demokratiyanın hansısa
uğurlarında haqq qazanmış ərəfdir. 2007-ci ildən indiyə qədər orada
ictimai təşklatların 74-dən artıq layihələrinə 27,9 milyon dollar yardım
edib. Buna görə də bu gün vətəndaş cəmiyyətinə repressiyalar Avropanı
ən yüksək institutlar səviyyəsində qayğılandırır. Avropa Komissiyasının
prezidenti Joze Barrozu Azərbaycan paytaxtına səfər edəndə oradakı
çıxışında çoxpartiyalı sistemin əhəmiyyətindən, açıq cəmiyyətin iqtisadi
inkişafa verə biləcəyi töhfələrdən danışmışdı. Oraya səfər edən Avropa
Birliyi xarici siyasət üzrə ali təmsilçisi Ketrin Eşton da qeyd etmişdi
ki, vətəndaş cəmiyyəti sağlam cəmiyyətin zəruri tərkib hissəsidir. 

ATƏT-in medya azadlığı üzrə təmsilçisi Dünya Miyatovim isə daha
qabağa getmiş, QHT və medya təmsilçilərinə qarşı saxta kriminal
ittihamlarla bağlı həyəcan siqnalı qaldıraraq demişdi: “Bu hərəkətlər
ifadə azadlığının və medya azadlığının boğulmasına ünvanlanan
davranışlardır. Bütün medya sənayesinə, KİV-lərə, jurnalistlərə və
QHT-lərə ciddi dəstək verilməlidir. KİV azadlığını təmsil edənlər
qorxutmaq və onlara qarşı getmək, onların fəaliyyətinə müdaxilə etmək
bütün hallarda ATƏT-in prinsiplərinə və ATƏT qarşısında götürülmüş
öhdəliklərə ziddir”.

Biz neyləyə bilərik? Görünür, Azərbaycanın sadəcə olaraq ekzotik
turizm bölgəsi kimi qəbul edilməsinin kafiliyi kimi təsəvvürlərinə şərik
olmamalıyıq. Əgər turizm etikası bir anlam kəsb edirsə, o halda öz
vətəndaşlarının haqqını tapdalayan rejimlərə etiraz edilməlidir. Formula
1 azarkeşləri İdman yarışının təşklatçılarına yazmalı və tələb
etməlidirlər ki, 2016-cı ildə Bakıda keçiriləcək yarışı ləğv etsinlər. 

Eləcə də siz, öz seçdiklərinizə davamlı müraciətlərlə Leyla və Arif
Yunusların, başqa fəalların həyatından narahat olduğunuzu söyləyə
bilərsinizmi?

Britaniyada yaşayan bizlər üçün əsas haqların hər addımbaşı çürük
qeyri-demokratik hakimiyyətlər tərəfindən pozulduğu ölkələrdə həyatın
necə yaşandığını təsəvvür etmək çətindir. Birmada Aun San Su Çjinin
Birmada əsarətə qarşı apardığı mübarizənin Azərbaycandakı təcəssümü
Leyla Yunusdur.

Molly Scott Cato, Britaniyalı deputat

Avropa parlamentinin üzvü

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=11127

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930