Əsas düşmənimiz kimdir – rus, yoxsa erməni?

11.11.2014 - 01:54

Azərbaycan
hakimiyyəti televiziyalar vasitəsi ilə “erməni düşmənimizdir” yöndə təbliğat
aparır 21 ildir, yeni nəsillərə bunu aşılayır, düşmənçilik ruhunda insanlara
psixoloji təsir edir. Eyni təbliğat sistemi Ermənistanda da gedir, türk əleyhinə.
Və hər iki ölkədə bu təbliğatı həyata keçirtdirən qüvvə Rusiyadır. Məqsəd bəlli
– düşmən baxışı özündən yayındırmaq.

İndi bu
yazıdan sonra məni də ermənipərəst, türk düşməni və s. adlandırmaqla məsələni fərqli
yerə yönlədirə bilər hakimiyyət. Necə ki bunu artıq ediblər və məni “vətənə xəyanət”də
suçlayıb, barəmdə qondarma cinayət işi açıblar, sürgünə göndəriblər. “Qarabağ
münaqişəsinin həlli sülhdədir” dediyim üçün. Olsun, zaman, tarix hər şeyi deyəcək.
Kimdir xain görəcəyik, Rusiya agenti Əliyev, ya mən. Bunu biriləri deməlidir,
deyirəm.

80- ci
illərin sonuna baxdıqda erməni təcavüzü, torpaqların itirilməsi, soyqırım və s.
baş verən qanlı olaylar yaddaşımızdadır- unutmadıq, unutmayacaq, unutdurmayacağıq.
Burası tamam. Onu deyim ki, bunu edən erməni xalqı deyil, Ermənistan hakimiyyəti
idi, bu da hər kəsə bəlli. Hər kəsə o da bəllidir ki, Rusiyanın göstərişi,
sifarişi, yardımı ilə təcavüz edilib torpaqlarımıza. İndi mövzunu yayındırmaq
üçün deyəcəklər ki tarixə nəzər salaq, əsrin əvvəllərində də ermənilərin bizə xəyanəti
olub. Axı tarixə nəzər saldıqda belə yenə eyni situasiya ilə qarşılaşırıq. Yenə
rus qüvvələri ermənilərdən istifadə etməklə bizlərə, türklərə qarşı qanlı hadisələr
törətmişdi. Hansı tarixi araşdırsaq oradan mütləq rusun barmağı, kirli siyasəti,
bir sözlə pisliyi çıxır qarşımıza. Deməli erməni xalqını hakimiyyətləri hər
zaman satıb ruslara. Ruslar da bundan istifadə edib istədikləri kimi idarə edib
onları. Onların üzərindən üstümüzə gəlib. Bir sözlə ermənilər hər zaman kənardan
oynadılan bir dövlət olub, aciz olub, gücsüz olub. Niyə özümüzü o qədər aşağı səviyyəyə
salaraq ermənilər düşmənimiz, rəqibimizdir deyirik? Axı bizim düşmənimiz də, rəqibimizdə
rus olub əslində. Və ya niyə tarix boyu bizi əsarətinə alan, sömürən rusa qarşı
heç bir düşmənçiliyimiz yoxdur? Əslində ermənidən çox rusa qarşı düşmən mövqedə
durmalı deyilikmi? Necə olur ki, bildiyimiz halda rusun əli ilə erməni bizi
qırıb, qanımızı axıdıb ona nifrət etmirik, onun köləsinə – erməniyə düşmən
oluruq?

Məgər
90- cı ildə rus qoşunu Bakıda qanlı yanvar hadisəsini törətmədimi, niyə bunu
unuduruq? Niyə erməniyə salam vermək belə olmaz, onlar bizim düşmənimizdir
deyir, amma rusun dilini danışmayana “səviyyəsiz” kimi baxırıq? Bizim tarix
boyu və indi də ən böyük düşmənimiz rusdur.

Tarix
boyu ən böyük düşmənimiz rus olub və biz bunu qabartmırıq, qabartmaqdan
qorxuruq, rahata qaşçaraq erməni düşmənimizdir deyirik. Kiçicik bir düşmənlə
başımızı qatdığımız üçün kiçik ağılla düşünürük. Elə ki düşmənimizin böyük,
qüvvətli olduğunu tam dərk edəcəyik o zaman böyük düşünəcək, böyük hərəkət edəcəyik.
Amma hələ ki başımızın üstündə aciz, kiçik düşüncəli və ya xəyanətkar Əliyev
rejimi var. İlk öncə bu rejimdən qurtulmalıyıq. Hansı ki, bu rejim ən böyük
düşmənimiz rusun əl altısıdır, qulu, köləsidir.

Burdan
“vətənpərvərlərə” səslənirəm: 20 yanvar faciəsi səbəbkarının RUS olduğunu
bildiyiniz halda necə olur ki rus dostumuz olur, Xocalı soyqırımını edən erməni
düşmənimiz? Axı bu iki faciə arasındakı fərq nədir?

 

P.S Biriləri bu sualların cavabını versin. Sonra
məni ittiham etsin.

Rəsul Mürsəlov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=13280

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930