Ədalət və diktatura

01.09.2014 - 13:36

 

mehkemeDünya yaranandan insanlar həmişə ədalətin sorağında olublar. Hər bir insan ədalət məfhumunu
özünə məxsus şəkildə başa düşərək qəbul edib.

Bəs ədalət nədir?

Ədalət “Ədl” sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Dini termində , ədalət
zülmkarlığın ziddinə olan bir kəlmə olub, “hər kəsin haqqını özünə
vermək” və “hər şeyi öz yerinə qoymaq” kimi mə’nalara
malikdir.Müqəddəs kitabımız olan Qurani Kərimdə də ədalət barəsində olan ayələr
öz əksini tapmışdır. Allah Taala Nəhl surəsinin 90-cı ayəsində buyurur: Həqiqətən,
Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara (haqqını) verməyi əmr edir,
iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan
edir. O,sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.

Yenə də Sad surəsinin 26-cı ayəsində Allah Həzrəti Davud əleyhissəlama xitabən buyurur: Ey Davud! Biz səni yer
üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin
istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın
yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab
gözləyir.

Nisa surəsi 58-ci ayəsində Allah bir daha insanları ədalətli olmağa dəvət edir: Həqiqətən, Allah sizə əmanətləri
sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm
vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir!
Şübhəsiz ki, Allah eşidəndir, görəndir.

İndi isə bu məsələyə qədim filosofların nəzərləri ilə diqqət yetirək.

Qədim yunan idealist filosofu Platon ədalətin incə bir şey olduğunu onu həyata keçirərkən necə
ehtiyatlı olmaq zərurətini açıb göstərmişdir. O, öz əsərlərində ədalətin
başqasının haqqına və şəxsiyyətinə hər hansı bir qəsdin edilməməsidir.

Başqa bir yunan filosofu Aristotel demişdir: Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında
törədilən ədalətsizlikdir. Həzrəti Əli əleyhiissəlam isə
ədalət anlayışına ən gözəl təsvir verərək buyurmuşdur: Ədaləti yüksək bir qanun
olaraq qəbul etməyən bir millət bu fəlakətini heç bir uğurla düzəldə
bilməz.

Ədalət yer üzündə Allahın tərəzisidir. ( Naməlum)

Bu gün ölkəmizdə ən çox ədalət umduğumuz yer məhkəmələrdir. İnsanlar ədalətin öz
yerini tapmasından ötrü məhkəmələrə müraciət edərək bu qurumda ədalətin yerini
tapacağına ümid bəsləyirlər. Amma çox zaman başqa mənzərələrlə rastlaşırıq.

Vəzifəsi ədalətin icrası, insanların itirilmiş hüquqlarının bərpası, haqqın və nahaqqın ayırd edilməsi olan
məhkəmələr təəssüflər olsun ki, bu gün bir çox rüşvətxor, mənəviyyatsız,
insanların yuvasına çevrilmişdir. Belə insanlar məhkəmələrdə “müqəddəs hakim”
xələtinə bürünüb, Azərbaycanın kökünü qazıyırlar. Qanunun aliliyinin
təminatçısı olmaq əvəzinə rüşvət naminə bütün qanunları ayaqlar altında
qoyurlar. Bu cür hakimlərə bu gün demək olar ki, məhkəmələrin böyük
əksəriyyətində rast gəlmək olur. Məhkəmələr “ədalət məhkəmələri”ndən daha çox
“qul bazarı”na bənzəyir. Təsadüfən “qul bazarı” demirəm. Çünki qul bazarında
olduğu kimi burada da alınan da satılan da insan taleyidir. Həm də qul
bazarından fərqli olaraq burada insanlara daha biganə yanaşırlar. İnsanlar
hakimlərin gözünə manat şəklində görünür. Sanki, şairin “salam verdim rüşvət
deyildir deyə almadı” misrası məhkəmələrdə rüşvət yeməkdən qarın bağlamış bir
çox hakimlərə ünvanlanıbmış. Belə hakimlərə rüşvətxor, cinayətkar, ləyaqətsiz,
və s. bu kimi adların hamısı yaraşır. Çünki ləyaqəti, şərəfi olan heç bir hakim
xalqın malına tamah salmaz. Bu gün məhkəmələrimizdə elə yararsız hakimlər
vardır ki, onlar sanki ovunu güdən yırtıcılardı. Pul naminə yüzlərlə günahsız
insanın taleyi ilə oynayan belə hakimlər artıq insanlıq duyğusundan,
mənəviyyatdan, sevgidən çox uzaq düşmüşlər. Onlardan ötrü kimin haqlı, kimin
haqsız olmasından daha çox kimin pullu olması maraq kəsb edir. Hər kim rüşvət
verməkdə cəld olsa öz işini nahaq olsa belə qaydasına sala bilir. Hamımız
həyatda çox faciələr görmüşük, eşitmişik. Lakin tələbədən 40 manat rüşvət almış
sadə bir müəllimi hər gün qucaq-qucaq rüşvət alan, ən ağır caniləri belə rüşvət
alaraq azadlığa buraxan, əlinin qabarı ilə manat-manat pul toplamış insanların
var dövlətini bir anda sümürən hakimlər mühakimə edirsə, bundan da böyük faciə
varmı? Əslində bu faciələri çoxlarımız görürük, lakin hamı işi xatirinə hər
şeyə göz yumur. Fikirləşirik ki, “birdən hakim bizdən “inciyər”, pulumuza yaxın
durmaz və işimizi əngələ salar”. İnanmayanlar da ola bilər. (“İnanmayanların
başına gəlsin” deyərdim, amma buna aldığım tərbiyə icazə vermir) Oxucular məni
səhv başa düşməsinlər. Mən bu yazını kiminsə şərəf və ləyaqətini aşağılamaq
üçün yazmamışam. Vicdanlı, şərəfli hakimlər də məndən inciməsinlər, çünki bu
yazı əslində onların işinin, yəni ədalətin bərpasının davamı hesab edilməlidir.

Unutmayaq ki dövlət iki vaxtda sarsılar. “Dövlət iki halda sarsılar günahsıza cəza veriləndə
və cinayətkar cəzasız qalanda.(Heydər Əliyev)

İnanıram ki, bir gün bizim də ölkəmizdə ədalət bərpa olunacaq və insanlar ədalətli məhkəmələrin şahidi
olacaqlar.

Eldar Rəşidov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=15182

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930