Ədalətsizliyə qurban gedən fədai

06.01.2014 - 16:47

Özünü yandırmaq adi intihar deyil, bu etirazdır

 

Yaşadığımız mühitdə cəmiyyət arasında tez-tez hallar olur
ki, insanlar bir-birilərinə “Gələnlər-gedənlər-in atasına rəhmət oxutdururlar”
deyimi ara məsəlinə çevrilmişdir.Bəzən elə düşünürük ki, bu adi bir sözdür
fərqinə belə varmadan, üzərindən ötüb keçirik.Lakin, bir müddət ötdükdən sonra
anlayırıq ki, deyilənlər sadə bir söz ya cümlə yox, əsl həqiqətdir.

İnsanlar həmişə həyatlarında nələrinsə dəyişməsini istəyir,
yaxud da ümid edirlər.Dəyişiliklərə daha çox sivil dövlətlər, demokratik
cəmiyyətlər öyrəşdiklərindən, bu xalqlarda inkişaf günü-gündən intensiv hal
almaqdadır.Ona görədə bu cür ölkələrdə sağlam vətəndaş cəmiyyətləri, hüquq
instutları, qeyri hökümət təşkilatları xalqa, millətə faydalı xidmət edirlər.

Amma söylədiklərimizdən tam kənarda qalmış bir ölkədə
var.Azərbaycan respublikası!Bu qədim sivilizasiyaya mənsub məmləkətdə zülm,
işgəncə, məmur özbaşınalığı, anti-demokratiya, insanların hüquq və
azadlıqlarının kobudcasına pozulması adi hala çevrilib.
Həqiqətən də çox acınacaqlı hadisələr baş verir məmləkətimizdə.İnsanlara sözün əsil mənasında
zülm olunur. Harınlamış dövlət məmurları heç bir şeydən qorxmadan doğma
yurdumuzda at oynadırlar. Kiminlə necə istəyirlər elə də davranırlar. Məhkəmə
qərarlarını da hər zaman istədikləri kimi öz mənafelərinə uyğun şəkildə qəbul
etdirə bilirlər.

Axı bu
Azərbaycan xalqının günahı nədir ki, xalqa qarşı bu cür münasibət göstərilir.
Sanki bu məmurlar elə bilki ermənidir və qəsdən belə edirlər ki  xalqa zülm versinlər. Xalqa qarşı bu qədər
zülm, bu qədər laqeyd munasibət bəs deyil? Nə vaxta kimi xalqa qan
udduracaqsız? Nə vaxta kimi ailələri başsız qoyacaqsız? Məgər o qədər
yığdığınız pul, sərvət sizə bəs etmir? Niyə axı bu məzlum xalqın heysiyyatı ilə
oynayırsız? And olsun ki, xalqa qarşı bu cür münasibəti düşməndən başqa heç kəs
göstərməz. Yalnız gərək xalqın düşməni olasan ki, insanlara bu cür münasibət
göstərəsən.

Görün
insanı hansı vəziyyətə gətirib çıxardırlar ki, insan özünü yandırmağa məcbur
qalır. Bu cür insanların sayı çoxdur Azərbaycanda. Hər gün çətinliklərlə,
əzab-əziyyətlərlə, haqsızlıq və ədalətsizliklərlə qarşılaşan insanların sayı
milyonlarladır. Görün bu ədalətsizlik və haqsızlıq səbəbindən nə qədər insan
məmləkətimizi tərk edib. Halhazırda 3 milyondan artıq insan ölkədə dolana
bilmədiyindən, işsizlikdən, haqsızlıq ilə qarşılaşdıqları üçün vətəni tərk
edərək xarici dölətlərə üz tutublar.

Bugün
Qarabağ uğrunda əlil şəxsə qarşı  bu cür
laqyed münasibət nümayiş etdirilirsə bundan sonra buna baxan gənclərdən vətəni
müdafiə etməyi gözləmək olarmı.? Kim bundan sonra vətənə can yandırar?
Özünü yandırmaq adi intihar deyil, bu etirazdır. Aksiyadır. Canından, həyatdan
bezənlər, öz aqibəti ilə barışanlar əsasən kəndirdən yararlanır, etiraz
edənlər, “bu iş belə getməz” deyənlər isə bir şüşə benzin və alışqan
götürürlər.

Qarabağ
qazisi Zaur Həsənovun özünü yandırması haqsızlığa etirazı idi – müharibənin
od-alovundan əlil olub qayıtmış adamın əlindən bu gəldi. O, özünü balalarının
istiqbalı üçün yandırdı. Bütün atalar özlərini öz balaları üçün gilə-gilə
əridir ha, bax, Zaur da o atalardan idi, sadəcə, o, özünü bir göz qırpımında
əritdi.

İndi o,
yoxdur. Onun ölümlə çarpışması üç gün davam etdi və igid qazimiz yenildi.
Qarabağ müharibəsindən vücudu şikəst, qəlbi sınıq qayıtmış qardaşımız
balalarını bu canavarlarla dolu dünyada başsız qoydu.

Onu bu həddə çatdıranlar indi çox peşmandırlar və
qorxurlar. Onlar dünyanın ən murdar, ən bağışlanmaz cinayətinə qol qoyublar,
bir döyüşçünün ən iztirablı, uzun çəkən ölümünə səbəb olublar. Bunu onlara
bağışlayan olmayacaq. Nə Allah bağışlayacaq nə də bəndələr.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3225

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31