Xalqa qulluq edən hakimiyyət sevilər

06.02.2014 - 23:40

Zorun mütləq hakim olduğu toplumda insan sevilməz,
vətən bilinməz

Sovetlər birliyi adında imperiya Türk
birliyini dağıdan və türkləri dağınıq saxlayan başlıca güc mərkəzi idi. “Türk”
sözünü, türk milli kimliyini millətin yaddaşından pozmağa çalışan ikinci güc
mərkəzi İran imperiyası olub. İran adlanan ölklənin toplumunun əsas kütləsi
Azərbaycan türkləri olduğu üçün, onun assimilyasiya yönündə təsiri də əsasən
türkün Azərbaycan boyuna qarşı yönəlib. Orada başqa etnik türklərə münasibət
Azərbaycana münasibətin tərkib hissəsi kimi özünü göstərir. Türk milli şüurunun
oyanmasından vahimələnən İran həmişə sərt, kəskin vasitələrə əl atıb.
Sovetlərin “şirin” özgələşdirmə üslubu ilə İranın qəddar özgələşdirmə üslubu
arasındakı fərq yalnız onların daşıdıqları ideologiyalarla bağlı olub. Bu iki
imperiya bir-birinə zidd ideologiyalar daşısalar da, onlar bütün zamanlardaı
türkü özgələşdirmək niyyətləri birləşdiribdir. Yəni birinin dinçilik xətti ilə
o birinin ateizm xətti fars-rus münasibətlərini deyil, daim türkün milli-ideoloji
inkişafını zədələyibdir. Hər iki ideoloji türk ruhuna yad olub. Bu antitürk
qüvvələr də belə ideolojilərdən bəhrələnib türkə qarşı qullanıblar. İran rejimi
Güney Azərbaycanı dinçilik basqısı altında saxlamaqla əslində həm də Sovetlər
birliyinə yardım etmişdir. Belə ki, Orta Asiya türklərinin bir araya gəlməsi
də, tatarların, yakutların, başqırdların… müstəqilləşməsi də Azərbaycanın
parçalanmasına bağlı olaraq baş tutmur. Azərbaycan türk dünyasının
mənəvi-ideoloji beynidir. Onun dünyaya siyasi, iqtisadi cəhətdən nüfuz etmək
imkanı da genişdir. Yəni
Türk birliyi deyilən zəncirin həlqəsi Azərbaycanda qırılmışdır. Doğu
Türküstanın siyasi taleyi də bu həlqəyə bağlıdır… Bu mövzunu zaman-zaman bəs
qədər yazdığımız üçün davam etmirik.

Nə qədər
ki, “Türk Yönətim Quralı”, “türk ideoliji sistemi” həyatımızda bərpa olnumur,
türk birliyi yalnız arzularımızda mövcud olacaqdır. Türk birliyinə xidmət adı
altında müxtəlif qurumlar yaradırlar, bir müddət fəaliyyət göstərirlər, ancaq
fəaliyyətləri nədən ibarətdir, sonuc nədir, bəlli olmur. Çünki nə Avropa
yönətim qurallarının, nə də dinçiliyin həlməşik qəliblərində Türk varlığı
bilinməz. Toplumun, və zamanın diqtəsi əsasında çağdaş türk dövlətlərinin
hakimiyyətləri türk birliyi şüarları ilə görüntü yaradıb baş qatırlar…

 Sovetlərin maneçiliyini çağımızda Avropa
maneçiliyi əvəz edib. Sovetlərin “qardaşlıq” şüarlarından Avropanın ” insan
haqları, plüralizm” şüarları daha cazibədar görünür. Bir vaxtlar Sovet
quruluşuna qarşı söz deyənlərin DTK dilini kəsirdi. İndi DTK-nın qılıncına
ehtiyac yoxdur, hakimiyyət  həsrəti ilə
çalışan siyasi partiyaların nümayəndələri, qrantlarla dövran sürən “hüquq
müdafiəsi” təşkilatları və b. dünyanı qatıb-qarışdıran Avropa ağalarının qulluğunda
müntəzir dayanırlar.

Avropa buyruğu
ilə hərəkət edən Türkiyə və Azərbaycan iqtidarları da bu iki dövlətin
münasibətlərinin saflaşmasına əngəl olurlar. Türkiyə-Azərbaycan münasibətləri
daim qalxıb-enir. Çünki bu iqtidarla o iqtidarın fəaliyyətləri şəxsi maraqlara
bağlıdır. Türk millətinin varlığı və inkişafı onları düşündürən  məsələ deyil. Biz Azərbaycan və Türkiyə
münasibətlərinə zərər gətirən məsələləri daim izləmişik. O faktları sadalamadan
yeni bir fakta diqqət yönəltmək istəyirik: Azərbaycan vətəndaşlarının Türkiyə
torpaqlarından keçərək Suriyada döyüşmələri hakimiyyətimizi təmsil edənlərdə
qıcıq doğurur, tranzit rolu oynadığına görə Türkiyə dövlətini qınayırlar.
Halbuki Suriyada döyüşən azərbaycanlılar Azərbaycan hakimiyyətinin gözləri
qarşısında yetişdirilib göndərilirlər. Azərbaycanda bəzi məscidlər gənclərin
sosial durumlarının aşağı olmasından, milli zəmində doğru maariflənə
bilməmələrindən istifadə edib onları ələ keçirir, zehnini, düşüncəsini korlayıb
Türkiyəyə göndərir, Türkiyə  hökuməti də
özünəyarar siyasəti həyata keçirmək məqsədi ilə bu cür “atılmışlar”dan istifadə
edə blilr. Azərbaycan hakimiyyəti öz gəncliyinə sahib çıxa bilmir, başqaları
“sahib” çıxıb məhv edir. İndi mətbuatda Müşfiqabad məscidinin adı
azərbaycanlıları Suriyaya göndərməkdə hallandırılır. Azərbaycanın hüquq-mühafizə
sistemi də həmişə iş-işdən keçəndən sonra əl-ayağa düşür…

Dinin
başında duran şəxs vəhabilərdən pul alıb onların sərbəst fəaliyyət
göstərmələrinə şərait yaradır, hansısa nazirlikdən vəhabilərin fəaliyyətinə pul
ayrılır, Azərbaycan hökuməti isə Türkiyəni suçlayır. Əsil komediya mövzusu da
belə məsələlərdən yaranır.

Məscidlər
gənclərimizi korlayır, hakimiyyət də korlanan gəncləri bir-bir içəri doldurur.
Bəs dövlətin quruculuq və xilaskarlıq missiyası harda tətbiq olunacaqdır?!.

Bu gün
məscidlərin sayı sürətlə artır. Bu o deməkdir ki, Azərbaycanda milli şüurun
inkişafına dəyən zərbələrin sayı da sürətlə artır. Heç bir məsciddə
insanlarımız milli yönə bağlanmır, dəyərlərimiz tanıdılmır, vətənə məhəbbət
aşılanmır. Sevgi Azərbaycandan qırağa yönəldirlir, əslində milli dövlətçiliyə
qarşı başqa bir təhlükə hazırlanır. İranın tabeçiliyində olan məscidlər
(Azərbaycanın harasında olmasından asılı olmayaraq) bir sıra gənclərimizin
ruhunu milliliyə o qədər yadlaşdırır ki, onlar dövlətimizə nəcis deməkdən belə
çəkinmirlər…

 Bir vaxtlar sadə insanlar məbədlərə sığınacaq
kimi baxırdılar. Amma bizdə məscidlər ona sığınanların yox, yurdu dağıdanların,
gəncliyi azdıranların ünvanına çevrilib. Buna görədir ki, dini təriqqətlərə
qoşulanlar və məscidlərə gedənlər arasından mühakimə olunanların sayı oğurluq
üstə mühakimə olunanların sayından çoxdur. Çünki ictimai tərəqqiyə xərclənməli
olan pullar ekstermizmin, terrorizmin yuvalarına xərclənir. İnsanlığı,
dövlətçiliyi təhdid edən cəhalət qorunur, genişləndirilir, inkişaf etdirilir.
Bizim hakimiyyətimizi mənimsəyən kapitalist zümrə də özünü qoruyur, xalqın
aqibətini faciələrə sürüyən köklü problemlərin heç birini həll edib aradan
qaldıra bilmir. Dövləti sevgi, ədalət, vicdan qoruya bilər. O da ki, yoxdur.
Dövlət xalqa qulluq eləməlidir ki, sevilsin. Xalqın dövlətçiliyə münasibəti
uçuruma salınıb. Artıq “dövlətin ədalətliliyi”, “qanunun aliliyi” kimi
anlayışlar xalqın inamını tərk edib. Xalqın içində yalnız bircə “nizam” var – o
da Zor. Zorun mütləq hakim olduğu toplumda insan sevilməz, vətən bilinməz.

Bəs
xalqın gələcəyini kim düşünməlidir?! Artıq elə bir aşamadayıq ki, ziyalılıq
adına iddia edənlərimiz çoxluq etibarilə, nəinki danışmaqdan, hətta dinləməkdən
belə qorxurlar. Dərdi çəkmək istəyən olmadığı üçün dərd varlığımızdan əziz olan
millətimizə faciələr yaşadır.

Gəlin düşünək,  qabaqdakı nəsil özündə güc tapa bilmir.
Gəncliyimizi qoruyaq, vətənimizə, millətimizə bağlayaq.

 Bütün bu sorunları görüb ümidsizləşmək vaxtı
deyil, dərk eləyərək Haray çəkmək vaxtıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3970

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930