“İdeal” firmasından müstəqilliyimizə və tarixə həqarət: ah bu sovetbaşlılar…

24.02.2018 - 09:38

23 fevral – Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi qeyd olunurdu. 23 fevral sovetizmi yaşayan, onun hərbi kultunu daxilində hiss edən hər kəs üçün doğmadır. Bu gün SSRİ adlı dövlətdə yaşamış əksər insanlar üçün inersiya ilə xəyallarda yaşayır. Həmin insanların əksəriyyətində bu gün assosiativ olaraq xatırlanır. Bəziləri isə hətta indi də həmin tarixi bayram kimi qeyd edirlər.
ovet ordusunun böyük, tarixi, şanlı qələbələri də, eyni zamanda, onun Azərbaycan xalqı əleyhinə fəaliyyəti də var. Ən yaxın tariximizdə bu ordu 20 yanvar və Xocalı kimi qətliamlara imza atıb. Bu baxımdan 23 fevral gününü sovet nostalgiyası ilə yaşayan fərdin qeyd etməsini anlamaq olar, amma bunun bir qurum, bir özəl şirkət tərəfindən xalqa sırınması ən azı həmin faciədə həlak olanların ruhuna hörmətsizlikdi. Necə ki, belə bir addım bu günlərdə “İdeal” parfimerya və kosmetika satış şəbəkəsi edib. Həmin şirkətin alıcılara təqdim etdiyi reklamı cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:

Maraqlı yanaşmadır. Şirkətin rəhbərliyində, marketinq komandasında kiminsə yaxını 20 yanvar hadisəsində, Xocalı soyqırımında həlak olsaydı, görəsən yenə də bu səhvi edərdimi? Hər halda cumhuriyyet.az olaraq o şəxslərə xatırladırıq ki, Azərbaycan artıq müstəqil ölkədir, Sovet ordusunun yaranmasını qeyd etmirik. Əksinə bu ordunun tariximizə yazdığı qanlı günləri xatırlayırıq.  Özümüzün 26 iyun – Silahlı Qüvvələr Günümüz var. Hər birimiz həmin günü iftixarla qeyd edir, Azərbaycan Ordusunun olması ilə sevinir və onunla fəxr edirik. Belə bir kampaniyanı isə həmin gün Azərbaycan ordusunun zabit heyətinə şamil etmək daha məntiqli olardı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113833

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930