İcra başçısı xalqın etirazına səbəb olan şəxsə yüksək vəzifə verdi

21.06.2016 - 12:32

rrBir neçə gün bundan əvvəl saytımızda Sabunçu Rayon İcra hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyyasının sədri Səttar Mehbalıyevin xalası oğlu, Vüqar Əsədovun icra başçısı Adil Vəliyevin əmri ilə işdən azad olması haqda məlumat vermişdik.
Bu gün əldə etdiyi məlumata görə, Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev Vüqar Əsədova yenidən vəzifə verib. O, Sabunçu Rayon İcra başçısının Balaxanı qəsəbəsi üzrə icra nümayəndəsi təyin edilib. İcra başçısının digər əmri ilə, Vüqar Əsədovun müavini işləmiş İlqar Hüseynov isə icra başçısının Zabrat qəsəbəsi üzrə icra nümayəndəsi təyin edilib.
Vüqar Əsədov Bizimyol.info -ya açıqlamasında məlumatın doğru olduğunu təsdiq edib. Qeyd edək ki, bir müddət əvvəl Vüqar Əsədovun yeni təyin olunduğu Balaxanı qəsəbəsində sakinlər etiraza qalxmış, icra başçısı Adil Vəliyev vətəndaşları qəbul edərək onların problemlərini həll etmişdi./Bizimyol.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=67699

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930