Sabirabadda icra başçısının gözü önündə Dövlət Bayrağına sayğısızlıq – FOTOLAR+VİDEO

14.11.2017 - 22:27

Bir neçə gün öncə Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edildi. Demək olar ki, bütün şəhər və rayonlarda bu günlə bağlı tədbirlər keçirildi. Amma təəssüf ki, yenə də bəzi məsuliyyətsiz məmurların əməlləri Dövlət Bayrağı kimi müqəddəs bir məqama da kğlgə saldı. Sabirabad rayonunda da eyni hal yaşanıb. Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad Gənclər Mərkəzində Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə bayrağımıza edilən sayğısızlıqla bağlı cumhuriyyet.az olaraq bəzi məqamları diqqətinizə çatdırırıq.

Bu foto həmin tədbirdə çəkilib. Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edir, onun başı üzərindən isə şaquli vəziyyətdə iki Azərbaycan bayrağı asılıb. Şəkildən göründüyü kimi bayraqların sağdan sola rəng düzümü yaşıl, qırmızı, mavidir. İndi isə cumhuriyyet.az olaraq həm N.İsmayılova, Həm də Sabirabad rayon icra hakimiyyətinin məsul işçilərinə “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları” haqda Nazirlər Kabineti 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarını çatdırırıq: “Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir”. Bu belə. Öyrənmək heç vaxt gec deyil, amma elə rəsmi məqamlar var ki, həmin məqamlarda bilinməsi mütləq olan qaydalar var.

Amma  abirabad rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad Gənclər Mərkəzində Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə bayraqla bağlı qalmaqal bununla yekunlaşmır. Tədbirdən digər bir fotoya diqqət edək:

Bu halda isə tədbirin təşkilətçıları necə deyərlər “gül vurub”. Fotodan da göründüyü kimi, şagirdlərdən birinin əlindəki bayraqda, digərinin isə sinəsinə bağladığı lentdə üst rəng yaşıl rəngdir. Bəlkə də, Sabirabad rayon icra hakimiyyətində çalışanlar dövlət bayrağının şauqili asılmış halında rəng düzülüşünün necə olmasını bilməyiblər, bəs buna nə ad vermək olar.

Onu da bildirək ki, bu Sabirabad rayonunda Dövlət bayrağı ilə bağlı ilk sayğısızlıq deyil. Cumhuriyyet.az olaraq sizə bir il öncə icra hakimiyyətinin binası üzərində bayrağın vəziyyəti ilə bağlı çəkilmiş videosüjeti təqdim edirik:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=104398

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930