Qazaxda böyüklərin “uşaq baxçası” oyunu: Rəcəb Babaşovun kadr siyasəti

11.09.2019 - 00:44

Qazax rayonunun həmişə mədəniyyət, incəsənət, sosial-iqtisadi inkişaf və digər sahələrdə Azərbaycanda xüsusi yeri olub. Alimlər, ziyalılar yurdudur bu yurd. Sovet dönəmindən belə bu rayonda rəhbərliyin 1-ci stolunda əylşənlər ilk dəfə rayona gəldiyi gündən öz amalı, əqidəsi ilə işləsə də, sonradan bəzi insanların sözünə baxaraq, düz yoldan çıxarılıb. Axırda həmin rəhbərin aqibəti heç də yaxşı nəticələnməyib. Qazaxın salnaməsinə dərindən bələd olan ağsaqqallar daha yaxşı bilirlər. Elə üç il əvvəl rayona rəhbər təyin olunan Rəcəb Babaşov da həminki Babaşov deyil, dünən verdiyi söz bu gün tezliklə yadından çıxır. Rayondan icra başçısı ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlarda rəhbərliyin uşaq baxçaları üzərində ağlasığmaz əməliyyatlar həyata keçirdiyi bildirilir.
Babaşovun kadr islahatı tam özünə məxsusdur. İstər icra aparatına, istərsə də onun ən sevimli yeri olan uşaq baxçalarına elə adamlar tapılıb gətirilir ki, nə savadı, nə də ixtisası düz gəlmir. Babaşovun üzünə deyilməsə də, ictimai rəy bir müstəvidə cəmləşmir. Rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə, Qazaxın uşaq bağçaları böyüklərin yem mənbəyi kimi xidmət göstərir. Rayonun uşaq baxçaları, korpeler evində işdən cixarmalar, yer deyişmələr baş alıb gedir. Mənbənin sözlərinə görə, cənab başçı hər baxçaya bir agent yerləşdirib, kimin əlində bir stəkan su var şəklini çək göndər mənə. Məsələn bir müddət öncə 6 saylı baxçada uşaqların yemək vaxtı icra hakimiyyətinə bildiriblər ki, müəllimlər yemək yeyirlər, sağolsunlar icra hakimiyyətinin işçiləri qırğı kimi baxçanın üstünü alıblar, bir gündə 5 ailəni gözü yaşlı qoyub çörəyini kəsiblər. İşdən azad olunmaları sürətlə həyata keçirən icra hakimiyyəti yeni işə qəbulları da operativ şəkildə həyata keçirir. Məsələn 6 saylı baxçada neçə ilin stajı olan İlhamə Hacıyeva işdən azad olunan kimi onun yerinə icrada məsul vəzifədə işləyən birinin qohumunu kadr tapa biliblər. Bu prosesin nəticəsidir ki, Qazax rayonunda artıq bütün baxça işçiləri səhər işə gedərkən sumkalrinda ərizə ilə gedirlər, çünki hər dəqiqə heç bir əsas olmadan onlardan könüllü işdən çıxma haqda ərizə tələb oluna bilər. Bu tələbə əməl etməyənləri isə ya C madesisi ilə işdən cixarırlar, ya da rayonda “cərimə batalyonu” kimi ad çıxaram mənzil istismar idarəsinə göndərirlər. Baxçadan işdən çıxarılan əksər muəllimə orda işlə təmin olunur. Məsələn əvvəllər icra hakimiyyətində çalışan, sonra baxçaya göndərilən Aynurə xanım hansısa sözü cənab başçının xoşuna gəlmədiyi üçün iclasların birində işdən azad edilərər MİS-ə göndərilmişdi. 6 saylı baxçada yuxarıda haqqında bəhs etdiyimiz hadisə baş verdikdən sonra Aynurə xanım yenə gündəmə gələrək həmin baxçaya müdirə vəzifəsinə təyin olundu. Həmin baxçanın müdirəsi Xalidə xanım isə MİS-ə işçi gondərildierdi
Digər bir kadr islahatı isə 5 saylı baxçada aparılıb. Baxçanin 05 ştat müəlliməsi Türkan xanım heç bir əsas olmadan işdən azad olunub. ona sadəcə bildiriblər ki, səni icra başçısı işə götürmüşdü o da çıxardır. Bir müddət öncə isə 1 saylı baxçanın mudirəsi İradə xanım, 2 saylı baxçanın müdirəsi Gülnar kanımla kreslo yerdəyişməsi etdi. 2 saylıya gələn kimi isə İradə xanım 30 ildən artıq iş stajı olanRəna müəlliməni şərləyərək işdən azad etdi.
Qazax rayonunda uçaq baxçaları ilə bağlı proseslərin kluminasiya nöqtəsi ötən həftənin sonunda baş verib. Baxçalarda baş verənlərlə bağlı Qazax rayon İcra Hakimiyyəti Başçısının xanım müavini Gülayə Həsənovanın rəhbərliyi altında iclas keçirilib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə iclasda G.Həsənova uşaq baxçalarının xanım əməkdaşları ilə təhqiramiz tonda danışıb. Birinə “səsini kəs”, digərinə “otur yerində”, başqa birisinə “səni itirərəm” deyən icra başçısının müavini baxçalarda oğurluq hallarından danışıb və bildirib ki, “oğurluq yemək yeyənlər bilirsiz də kimlərdi, oğurluqla başqa şeyin arası 40 gün cekir, siz indi həmin yolu gedirsiniz”. Bu söz çox ciddi etiraza səbəb olub və baxça işçiləri arasında qəzəblə qarşılanıb.

    • 5 saylı baxçanın müdirəsi Lamiyə xanımın Azərsudan başlayan əmək fəaliyyəti;
    • İcra hakimiyyətinin mühasibi Qurban müəllimin baxça müdirəsi təyinatında rolu;
    • İradə Mustafayevanın işdən azad olunub, yenidən bərpa olunmasında 10 min manat faktoru;
    • Baxça müdirəsinin qaynata himayədarı…

Bu və digər məqamlar haqda növbəti yazımızda…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132811

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031