Laçında vəzifə savaşı: Aqil Nəzərliyə qarşı Vüqar Qədirov kartı

26.04.2016 - 00:39

lacinobalariMəlum olduğu kimi, Prezident İlham Əliyevin mart ayının əvvəllərində imzaladığı sərəncamlarla Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev, Laçının icra başçısı Akif Səlimov və Salyanın icra başçısı Tahir Kərimov vəzifələrindən azad edildilər. Ölkəbaşçısının ard-arda verdiyi sərəncamlardan sonra ciddi müzakirələr başlayıb. Müzakirə mövzularından biri icra başçılarının “vurulma” səbəbləri ilə bağlı olsa da, boş qalan kürsülərə kimin gətirilməsi də polemika mövzusudur. Sonradan Salyan və Cəbrayıl rayonlarına icra başçısı təyin olunsa da, hazırda Laçın və Yardımlı rayonlarının icra başçıları kreslosu boşdur. Cumhuriyyet.az-a daxil olan məlumata görə, Laçın Rayon İcra Hakimiyyətinə başçı gətirilməsi uğrunda artıq ilkin savaş başlayıb.
Bildirək ki, Qarabağ döyüşlərində fəal iştirak etmiş və uzun müddət Laçın rayon icra hakimiyyətinin başçısı olmuş Akif Səlimov vəzifədən uzaqlaşdırıldıqdan dərhal sonra onun səlahiyyətlərini Aqil Nəzərli həyata keçirdi. Akif Səlimovun vaxtında müavin işləyən, lakin üst-üstə 4-5 dəfə Laçın Obalarına gəlməmiş müavinin birdən birə ulduzunun parlaması və səlahiyyətlərin icraçısı kimi fəaliyyətə başlaması kifayət qədər müəmmalı məsələydi. Amma zaman içində məlum oldu ki, Nəzərli heç də səbəbsiz yerə bu etimada layiq olmayıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Aqil Nəzərli Sumqayıtın icra başçısı Zakir Fərəcovun ən yaxın adamlarından biridir. Onun müavin təyin edilməsinə də sözügedən şəxs yardımçı olub. Lakin Nəzərlinin Laçın İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra etdiyi zamanda onun haqqında mediada yayılan xəbərlər, xüsusilə onun fərari olması haqda iddialar əvəzedicinin rəsmən başçı təyin olunmasına ciddi əngəllər yaratdı. Beləliklə də Z.Fərəcovun “Laçın projesi”nin uğuru şübhə altına düşdü.
Amma bu fakt hələ də rəhbəri təyin olunmayan rayon uğrunda mübarizəni səngitmədi. Əksinə yeni iddiaçılar ortaya çıxdı. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov da Laçın rayon icra başçıs postu uğrunda mübarizəyə qoşulub. Bildirək ki, 42 yaşı olan V.Qədirov hakimiyyətin QHT sektorunda fəal gənclərindən sayılır. 2010-cu ildən Qarabağ- Qeyri Hökumət Təşkilatları (Qarabağ QHT Koalisiyası ) Koalisiyasının koordinatoru, Üçüncü Sektor Mərkəzinin rəhbəri, Yeni Azərbaycan Partiyasının üzvü olan V.Qədirovun iqtidar düşərgəsində kimin komandasında yer aldığı haqda dəqiq məlumatımız olmasa da QHT sektorundakı fəaliyyəti onun Azay Quliyevlə yaxınlığını düşünməyə əsas verir.
Mövzunu diqqətdə saxlayacağıq…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62379

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930