“Azərbaycan təhsilinin başına daş düşür, millətin gələcəyi məhv olub gedir” – İTTİHAM

19.12.2018 - 23:35

Tanınmış gənc yazar Kəramət Böyükçöl Azərbaycan təhsil sistemindəki zəncirvari korrupsia və sistemin bərbad görüntüsü haqda özünün facebook səhifəsində status paylaşıb. Cumhuriyyet.az olaraq həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq: “Rayonların birində Təhsil Şöbəsinin müdiri vəzifəsi neçə aydır boşdur. Bu vəzifəyə İcra başçısı 100 min manat qiymət qoyub. Savad, intellekt, təşkilatçılıq qabiliyyəti, təcrübə… bunların heç biri nəzərə alınmır. 100 mini götür, get başçının qəbuluna, pulu qoy stolun üstünə, təyinatını versin. Vəssalam! Bu 100 mini verən adam da nəyə arxayındı, bilirsinizmi? Deyim. Fikirləşir ki, rayonda 50 orta məktəb var, hər ay bir direktordan 2 min, baxça müdirlərindən 1000 manat alsa, ordan-burdan da bir az çak-çuk eləsə, uzağı bir ilə 100 mini çıxaracaq. Bunu başçı da bilir. Bəs məktəb direktorları o 2 mini nə üçün verir, bilirsinizmi? Deyim. Çünki onların da məktəblərdə öz gəlir yerləri var. O pulu verməsə, Təhsil şöbəsinin müdiri o gəlir yerlərinə mane olacaq, yoxlamalar göndərəcək. Başqa heç nə demirəm, direktor hər müəllimin maaşından 50-100 manat kəssə, Təhsil Şöbəsinin aylıq 2 mini artıqlaması ilə çıxır. Direktorun başqa hoqqaları isə əlavə qazancdı. Bəs müəllimlər niyə o 50-100 manatı direktora verir, bilirsinizmi? Deyim. Çünki onların da öz gəlir yerləri, öz əyri-üyrü işləri var. Məsələn, dərs deməyə gəlmirlər, direktor onları necə lazımdı yola verir. Bir də görürsən ədəbiyyat dərsinə bədən tərbiyəsi müəllimini göndərir. Müəllimlər günü, 8 Mart, Yeni il, Novruz bayramlarında yığılan pullar direktorla müəllimlər arasında tən yarı bölünür. Valideyn direktora pul verir ki, uşaq məktəbə gəlməsin. Deyir, ayrıca repiditor yanına gedir, vaxtı yoxdur. Bu proses, daha doğrusu, bu əxlaqsızlıq zəncirvari şəkildə sona kimi davam edir. Hərdən də məktəbdə tədbir-zad keçirirlər, Heydər babadan bir-iki bənd şeir-zad, vəssalam! Nəticədə isə Azərbaycan təhsilinin, təhsil sisteminin başına daş düşür, millətin gələcəyi beləcə məhv olub gedir…”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125702

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930