Qlamaqal: İcra Başçısı məmuru rayondan didərgin saldı
Uzun müddətdir ki, Qobustan rayon maliyyə idarəsinin müdiri Nuru İsmaylovun adı mətbuatın gündəmindən düşmür. Onun adı maliyyə maxinasiyalarında, rüşvət və korrupsiyada hallanır. Hətta Nuru İsmayılovun rayonun icra başçısı Adil Məmmədovla “kəllə-kəllə” gəldiyini söyləyənlər də var. İndi isə yayılan məlumata görə, Nuru İsmaylov 20 gündür ki, rayondan qaçıb, Bakıya sığınıb. İcra başçısı dəfələrlə ona xəbər göndərsə də Nuru İsamayılov rayona qayıtmaq istəmir. İH-nin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, artıq Nuru İsmayılov vəzifədən azad olunub. Müxbirimiz məlumatı dəqiqləşdirmək üçün başçının köməkçisinin ( Əliyev Anar Cavadxan oğlu ) telefonuna zəng edib. Telefona cavab verən şəxs məlumatı təsdiq eləsə də adını bildirmək istəməyib.(Qafqaz Xəbər Agentliyi)
Short URL: http://www.cumhuriyyet.net/?p=27309