Berlin polisinin heyəti arasında faşist qrup aşkarlanıb

02.10.2020 - 10:45

Almaniyanın paytaxtı Berlin polisi əməkdaşları arasında 25 nəfərlik irqçi faşist çatlaşma qrupu yaranıb.

Report.az “Sabah”a istinadən xəbər verir ki, bu qrupu yerli ARD telekanalının “Monitor” verilişi aşkar edib.

Bildirilib ki, 25-dən çox polis əməkdaşının daxil olduğu çatlaşma qrupunda müsəlmanlar təhqir edilib. Faşist polislər müsəlmanları “daş dövrünün mədəniyyətinə aid fanatik insanlar” olaraq təqdim ediblər.

Bir müddət əvvəl Şimali Ren Vestfalya polis təşkilatının əməkdaşları arasında belə bir faşist qrupun olduğu aşkarlanmışdı.

Almaniya Mülki Polis Birliyinin sədri Sebastian Fidler isə irqçi polislərin hərəkətini belə qiymətləndirib:

“Sosial şəbəkədə paylaşım edənlər Almaniya konstitusiyasına and içiblər, ancaq tam əskini edirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155241

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930