Orxan Fikrətoğlu vəzifəyə TƏYİN OLUNDU

12.05.2022 - 18:27

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib.

Cumhuriyyet.az xəbər verir ki, bu vəzifəyə tanınmış yazıçı, ssenarist, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu təyin olunub.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva saytımıza açıqlamasında təyinatı təsdiqləyib:

“Aprelin 11-dən etibarən Milli Kulinariya Mərkəzinin rəhbəri Sadıqov Orxan Fikrət oğludur”.

Tahir Əmiraslanov isə Modern.az-a açıqlamasında bildirib ki, mərkəz barəsində danışmaq istəmir:

“Bu qurum Dövlət Turizm Agentliyinə tabedir. Onlar kimi çıxarıb, kimi vəzifəyə təyin ediblər – özlərindən soruşun. Mən 31 il orada rəhbər idim. Bu məsələ ilə bağlı adımın hallanmasını, şərh verməyi istəmirəm”.

Tahir Əmiraslanov özünün rəhbərlik etdiyi Milli Kulinariya Assosiasiyasında fəaliyyətinə davam edəcəyini vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=174892

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930