“Azəriqaz” öz işinə eyni tərkibdə davam edir – RƏSMİ
“Azəriqaz” İstehsalat Birliyində yoxlama aparılıb. Hazırda Birlik öz işini eyni tərkibdə davam edir.
Cumhuriyyet.az-ın xəbərinə görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Hüquq departamentinin rəhbəri Vüqar Eyvazov “Açıq qapı” aksiyasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Qurum rəsmisi deyib ki, yoxlama idarəçilikdə tətbiq edilən əsas üsullardan biridir:
“Yəni, bu, qəbul edilən normal təcrübədir. Bundan sonra da belə bir zərurət yaranarsa, təbii ki, müvafiq qaydada sorğular cavablandırılacaq və müvafiq hesabatlar aiddiyyatı üzrə təqdim ediləcək”.
Xatırladaq ki, bir neçə gün əvvəl “Azəriqaz”-ın 4 şöbə müdirinin həbsi barədə məlumat yayılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=175493