Müxalifəti savadsızlıq sayan Əliağa Hüseynovun Konstitusiya və dövlətə xəyanəti

28.01.2019 - 23:36

Azərbaycanın bəzi deputatlarının biznes fəaliyyəti ilə məşğul olduğunu hərdən bir eşidir və bilirdik. Amma faktdır ki, qanunlarımız buna imkan vermir. Çünki əks halda, deputat səs verdiyi qanunlara restoran prizmasından baxmış olar və sair. Amma çoxdandır ki, məsələn, millət vəkili Hüseynbala Mirələmovun “Min bir gecə” istirahət mərkəzi dillər əzbərinə çevrilib… Maraqlıdır ki, deputat H.Mirələmov bunu heç vaxt təkzib də etməyib və əksinə, bunun ictimailəşməsinə təbii baxıb. Görünür ona görə ki, o ölkəmizdə məmurların biznes fəaliyyətinin de-fakto olduğunu görür və özü də bu yolun yolçusu olduğunu gizlətməyə əsas görmür. Belə deputatların hələ bir “oğru elə bağırdı ki…” prinsipi ilə çıxışları da qulaq batırır. Necə ki, bu günlərdə general rütbəli deputat Əliağa Hüseynov danışmışdı.
Ehtiyyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov millət vəkili kimi təmsil olunduğu Salyan rayonunda guya müxalifətçilərin saxlanılmasına dair xəbərlərə həmişəki kimi maraqlı reaksiya verib. Cumhuriyyet.az olaraq bu açıqlamanı diqqətinizə çatdırırıq: “Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Mən bir general kimi deyirəm ki, Salyanda müxalifət yoxdur, hamı cənab Prezidentin siyasətini dəstəkləyir. Salyan camaatı həmin adamları özləri döyüb qovurlar”. Mitinqdə Salyan rayonundan olan etirazçıların çoxluğu hakimiyyətə nə qədər zərbədirsə, olaya bu təfəkkürlə yanaşmaq ikiqat zərbədir.
İndi isə müxalifətçiliyi savadsızlıq sayan deputatın Konstitusiyaya hörmətsizliyinə və ölkə iqtisadiyyatına sabotajına diqqət yetirək. Cumhuriyyet.az yerli mediada yayılan xəbərlərə istinadən bildirir ki, Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yanında yerləşən “Atlantis” şadlıq sarayında vergi yoxlaması aparılıb və yoxlama aparan zaman obyektin sahibi, Salyanın deputatı Əliağa Hüseynov da məkana gəlib. Deputat və şəriki vergi müfəttişləri ilə təxminən iki saat söhbət etdikdən sonra birgə nahar ediblər. “Atlantis” şadlıq sarayının külli miqdarda vergidən yayınması ilə bağlı iddiaları var. Vergi müfəttişlərinin yoxlama üçün restorana gəlməsi, bundan xəbər tutan deputat və şərikinin onlarla iki saata yaxın söhbət etməsi əslində bu iddiaların doğru olduğuna aid şübəhləri bir qədər də artırır. Məlumat üçün qeyd edək ki, Əliağa Hüseynov “Atlantis” şadlıq sarayının açlışını 2013-cü ildə edib. Açılışdan bir neçə gün əvvəl 80-ə yaxın şəxsə Milli Məclisin xüsusi zərflərində dəvətnamə göndərilib. Açılış mərasiminə dəvət olunanlar arasında Milli Məclisin rəhbərliyi, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yüksək vəzifəli məmurları, deputatlar və iş adamları olub. Dəvətlilərin əksəriyyəti açılışa qatılıb. 2014-cü ildə deputat öz restoranında İzzət adlı oğluna təmtəraqlı toy edib.
***
Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır. Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126559

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930