İcra başçısının müavininin oğlunun ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı — TƏFƏRRÜAT

12.10.2017 - 15:28

Ötən gün Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı təfərrüatlar üzə çıxıb.

“Qaynarinfo” ölkə.az-a istinadən xəbər verir ki, qəza nəticəsində faciəvi şəkildə həlak olan sürücü, 1982-ci il təvəllüdlü, İmişli rayon sakini Haqverdiyev Xalid Əlirza oğlu uzun illərdən bəri narkotik vasitələrin alüdəçisi olub.

Hətta o, idarə etdiyi avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanması səbəbindən bir neçə dəfə həbs edilib.

FHN-nin sabiq əməkdaşı olan Xalid Haqverdiyev hadisədən əvvəl də kefli olub. Hadisədən bir neçə saat əvvəl mərhumun atası, iş adamı Əlirza Haqverdiyev oğluna zəng edərək, onlara məxsus olan “Howo” markalı yük avtomobilinin Bakıda qaldığını və onu təcili rayona gətirmək lazım olduğunu söyləyib. Xalid Haqverdiyev isə kefli halda yük maşınının sükanı arxasına keçərək, onu idarə edib. O, yük avtomobilini sürətlə idarə etdiyi üçün idarəetməni itirib. Bu zaman Xalid Haqverdiyev özünü avtomaşından aşağı atıb, xilas olmaq istəyərkən, “Howo” avtomobilinin təkərləri altına düşüb.

Qeyd edək ki, mərhumun atası Əlirza Haqverdiyev hazırda İmişli rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədr müavinidir. Eyni zamanda, Əlirza Haqverdiyev biznes fəaliyyəti ilə də məşğul olur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101110

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930