Sumqayıtda Xalq şairinə və “Sumqayıt Xatirəsi”nə laqeydlik – FOTO

17.11.2017 - 11:37

Məlum olduğu kimi, Səməd Vurğun küçəsi Sumqayıtın ən uzun və mərkəzi küçəsidir. Uzunluğu 16,3 km olan küçə Binəqədi-Novxanı yolundan başlayaraq, Sumqayıt inzibati ərazisinə aid olan Hacı Zeynalabdin qəsəbəsindəki Azadlıq küçəsində tamamlanır. 

Sumqayıtın ən uzun küçəsi olan bu küçə görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun adına verilib. Lakin təəsüf ki, şəhərin 1-ci mikrorayonunda binanın, şairin adını daşıyan küçəyə baxan hissəsində divarda  yerləşdirilən lövhədə xalq şairi haqqında məlumat  sovet dövründən qalıb və təbii ki, kiril qrafikası ilə yazılıb ki, bu löhvənin də indiyəcən qalıb dəyişdirilməməsi ana dilimizə bir növ hərmətsizlikdir. Çünki Azərbaycan əlifbası latın qrafikalıdır.

Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası. Latın əlifbasını bir modifikasiyasıdır, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır.

 Bu neqativ faktı təkcə diqqətsizlik də adlandırmaq olmaz. Bunu bu işlərə məsul şəxslərin laqeydliyi, şəhərə sayğısızlığı kimi də qiymətləndirmək olar. Çünki ola bilməz ki, balaca şəhərdə bütün obyektləri görən məmurlar bu boyda faktı görməsin. Görübsə də çox güman onun dəyişdirilməsinə ehtiyac görülməyib, bu vacib sayılmayıb.

Laqeydlik elə təzə salınan Sumqayıt bulvarında quraşdırılan “Sumqayıt Xatirəsi” adlı maraqlı tikilidən də bilinir. Bəlkə də bir neçə aydır ki, sumqayıtlıların, həmçinin şəhərə, bulvara gələn qonaqların şəhərdən xatirə üçün  şəkil çəkdirdikləri sevimli yerin “Xatirəsi”sözündən təkcə “X” ilə “T” qalıb. Buna isə nə bulvarın, nə də şəhərin məsul şəxsləri bir tədbir görmür.

1news.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=104698

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930