Sumqayıtda elektrik sayğacına haqsız cərimə yazılıb- abonent şikayət edir

01.01.2018 - 13:08

Sumqayıt şəhəri, 4-cü mikrorayon, 7 saylı yataqxana, 55-ci mənzildə yaşayan Hacıyeva Ruqiyyənin bacısı oğlu, tanınmış rəssam Namiq Cavadov redaksiyamıza müraciət edib.

O, Sumqayıt Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin (Sumqayıt) fəaliyyətindən şikayətçidir. Bildirir ki, xalası R.Hacıyeva 4 ildir qeyd edilən ünvanda yaşayır. Bu müddət ərzində isə bütün kommunal ödəmələrini vaxtlı-vaxtında, problemsiz edib: “Xalam çox qanunpərəst adamdır, ona görə də, dövlətə borclu qalmır heç vaxt. Təxminən ay yarım əvvəl mənə zəng etdi ki, işıqdan gəliblər, deyirlər ki, sayğacınız problemlidir. Sayğac da blokda ağzı qıfıllı yeşikdədi, açarı isə işıq idarəsi işçilərinin özündə olur. Xalam zəng edəndə dedim telefonu verdi idarədən gələn işçilərə, danışdım, dedilər ki, sayğaca müdaxilə var. Dedim siz görmürsüz ki, o adam ayaqüstə dayana bilmir, o necə sayğaca müdaxilə edə bilər?”

N.Cavadovun sözlərinə görə, həmin hadisədən bir müddət əvvəl “Azərişıq” ASC-nin ərazi üzrə sayğaclara nəzarət edən işçisi R.Hacıyevaya yaxınlaşıb ki, gəlin sizin sayğacınızı elə edək ki, çox yazmasın: “Xalam təbii ki, razılaşmayıb. Biz o evi alanda 32 ya da 37 manat borc var idi, onu da alqı-satqı zamanı razılaşdıq. Xalama o təklifi edən adamı indi deyirlər işdən çıxarıblar. Onun sahəsini gəzəndə görüblər ki, 100-dən artıq abonentin sayğacına müdaxilə var, ona görə çıxarıblar, o da deyilənə görə, iflic keçirib.
Mən idarədə olanda sərt danışdım, Nüsrət adında bir nəfər vardı, dedilər ərazi üzrə rəisdir. Dedi ki, siz narahat olmayın, o pul o adama ödətdiriləcək”.
Təxminən ay yarım əvvəl zəng gələn zaman ünvandakı sayğac idarəyə aparılıb. Sonra ərazi üzrə sayğaclara nəzarət edən işçi dəyişib və N.Cavadova deyib ki, narahat olmasın: “Dedi ki, bu söhbət yəqin ki, ölüb gedib. Çünki dedi ki, cərimə olsaydı mən sayğacdan borcu çıxaranda borcun üstünə əlavə olacaqdı, olmadısa deməli, cərimə yoxdur. Bunun üstündən keçdi, bir neçə gün əvvəl həmin oğlan mənə zəng etdi ki, iki dənə akt veriblər, xalanın sayğacının üstündə iki dənə cərimə var, biri 193, biri 120 manat. Aktları götürməmişəm, onun özündə qalıb. Onlar sayğacı aparanda da bizdən heç kim iştirak etməyib, aktlaşdırılmayıb, hal şahidləri olmayıb. Sayğacı götürüb aparıblar, üstündən ay yarım keçəndən sonra da zəng ediblər ki, akt var cərimə olunmusuz”.
N.Cavadovun sözlərinə görə, Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin (Sumqayıt) şikayətlər şöbəsində Kənan adlı bir nəfər işləyir, lakin həmin adam şikayət qəbul etmir: “Ancaq ki, idarəni müdafiə edir. Sanki şikayətlər şöbəsində yox, vəkillikdə işləyir”.
İdarənin adıçəkilən əməkdaşı ilə əlaqə saxlayıb məsələ münasibət öyrəndik. Kənan bəy bildirdi ki, həmin ünvanda 17 sayğacda müdaxilə aşkarlanıb, aktlar bağlanıb və sayğaclar müayinə olunduqdan sonra cərimələr yazılıb: “Sakinlər problemlə razılaşıblar, görünür, bir nəfər istisna təşkil edir. Mən təklif edirəm ki, həmin şəxs regional idarə rəsinin hər həftənin 5-ci günü keçirilən qəbuluna müraciət etsin, məsləhət bilinsə məsələnin bir daha araşdırılması təmin ediləcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=108959

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930