İtkin düşən alpinistlərin axtarışı davam edir…VİDEO, FOTOLAR

09.01.2018 - 20:57

İtkin düşən alpinistlərin axtarışı davam etdirilir. Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin rəsmiləri media nümayəndələrini Quba rayonu ərazisində qurulan müvəqqəti qərargaha toplayaraq, son axtarışlar barəsində məlumat veriblər.

Jurnalistlər qərargaha helikopterlər vasitəsi ilə aparılıb.

Musavat.com-un müxbiri xəbər verir ki, toplantıda fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, avstriyalı alpinist Adolf Harrer və başqaları iştirak edib.

Media qarşına çıxanlar itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda jurnalistlərin suallarını cavablayıblar.

Nazir müavini Faiq Tağızadə axtarışların fasiləsiz olaraq aparıldığını bildirib. Onun sözlərinə görə, alpinistlərin itkin düşməsinin səbəbi sonradan marşrut xətlərini dəyişdirməkləri olub: “Alpinistlər ən asan – B 1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib. Onların hələ də tapılmamasının səbəbi isə üzərlərində özləri ilə aparmalı olduqları “GPS” adlanan cihazın olmamasıdır”.

İtkin düşən alpinistlərin axtarışına cəlb olunan Avstriyanın daxili işlər nazirliyinin xilsaetmə polisi, alpinist Adolf Harrer də media qarşısına çıxıb:  “Vəziyyət ondan ibarətdir ki, alpinistlər 10 gündür ki, itkin düşüb. Hazırda axtarış xilasetmə əməliyyatının əllərindən gələni edirlər. Lakin onu da nəzərə almalıyıq ki, həmin ərazidə hava şəraitinə və qar uçqununu görə vəziyyət çox riskli və təhlükəlidir. Onların sağ qalıb, qalmayacaqları barəsində bir şey demək çətindir. Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətlərdə hərəkət ediblər. Və yaxud özlərini xilas etmək üçün nə ediblər. Lakin ümidin olub-omamasına qiymət verə bilmərəm”.

Qeyd edək ki, itkin düşənlər Gilavar” hava-ekstrim idman klubunun üzvləridir. Onlar 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=109601

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031