Fazil Məmmədov adamlarını ələ verməyə başladı – sensasion gəlişmə

16.02.2018 - 09:12

 

Fevralın 14-də Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan şikayətlərdən danışıb. Şöbə müdiri deyib ki, 278 şikayətdə vergi, hüquq-mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.

Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirdiklərini qeyd edib.

Fazil Məmmədov ile ilgili görsel sonucu

Prezident Administrasiyasına edilən şikayətlərlə bağlı “Bizim Yol”a danışan keçmiş nazir heç bir halda qanundankənar iş görülmədiyini bildirib: “Kim şikayət edib məndən?

Bu nədir yazırsız… Heç kimin hesabı qanunsuz dondurula bilməz”.  Sabiq nazir onun işlədiyi dövrdə vergilərlə bağlı əlavə ödənişlər tələb edilməsi ilə bağlı tənqidlərə də münasibət bildirib. “Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundankənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır” deyə, o bildirib.

Qeyd edək ki, həftənin əvvəlində yeni vergilər naziri Mikayıl Cabbarov F.Məmmədovun rəhbərlik etdiyi vaxtı tənqid edib.  “Bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla – dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir”, deyə, M.Cabbarov vurğulayıb.

Mikayıl Cabbarov ile ilgili görsel sonucu

Yada salaq ki, yeni təyin edilmiş vergilər nazirinin kollektivə təqdim olunması zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də F. Məmmədovun fəaliyyətini tənqid etmişdi.

Təbii ki, hər bir nazirliyin fəaliyyətində nöqsanlar olur və bu,  F.Məmmədovun  uzun illər rəhbərlik etdiyi Vergilər Nazirliyinə də aiddir. Bəs niyə F.Məmmədov bu tənqidlərlə razılaşmır? Sabiq nazir niyə narahatdır?   

Sabiq nazirin tənqidlərə dözümsüz münasibəti, “kiməsə qanundankənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır” deyərək müqavimət göstərməsi əlbəttə ki, təsadüfi deyil. Məlumdur ki,  M.Cabbarov vergilər naziri təyin edildikdən sonra nazirlikdə kadr islahatlarına start verib. Vergilər Nazirliyində müxtəlif vəzifələrdə islahatlar aparılır, ixtisarlar edilir. Nazirlikdə işdən çıxarılanlar arasında keçmiş nazirin qohumları da var.

ergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ile ilgili görsel sonucu

F.Məmmədovun bacısının həyat yoldaşı, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən ilin  dekabrında vəzifəsindən kənarlaşdırılıb. Keçmiş nazirin qudası, vergilər nazirinin müavini Namiq Əliyevin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam isə yanvarın 12-də verilib. Sabiq nazirin bacısı oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr İdarəsində direktor müavini Elnur İsgəndərov da vəzifəsindən uzaqlaşdırılıb.

Gələn məlumatlar onu deməyə əsas verir ki, F.Məmmədovun komandası canını işdən azad edilməklə qurtarmaya bilər. İddia olunur ki, F. Məmmədovun iri çaplı sahibkarlara qarşı tətbiq etdiyi “dinmə, ver, vergisi”nə məruz qalanların siyahıları tutulur. Onların ödədikləri məbləğlərin hesabatı hazırlanır. Toplanan materialların sonradan cinayət işlərinin əsasını təşkil edəcəyi də istisna deyil. Əldə olunan məlumatlar təhlil ediləndən sonra isə Fazil Məmmədovun kadrlarına qarşı ittihamlar irəli sürülə bilər.

Mümkündür ki, sabiq nazirin işə qəbul etdiyi və yaxın çevrəsinə daxil olan bir neçə iri vergi məmuru qandallansın. Onların isə Fazil Məmmədova qarşı ifadə verəcəyi istisna deyil. Bu səbəbdən də ehtimal etmək olar ki, sabiq nazir indidən özünü sığortalayır və “kiməsə qanundankənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur” deməklə, adamlarını ələ verir və  məsuliyyəti üzərindən atmaq istəyir.

“YM”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113048

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930