“Nuray House” MTK-nın sədri işçi haqını yeyir – QALMAQAL

23.02.2018 - 10:21

“Nuray House” MTK ilə şirkətin Xırdalan şəhərində inşa etdirdiyi binada işləyən fəhlələlər arasında əmək haqqı qalmaqalı davam edir.

Qeyd edək ki, MTK rəhbərliyi fəhlələrə 59 min 661 manat əmək haqqısını vermir. Fəhlələr Abşeron rayon Məhkəməsinə müraciət etsələrdə məhkəmə “Nuray House” MTK-nin xeyrinə qərar verib. Halbuki MTK rəhbərliyi (“Nuray House” MTK-nın sahibi Yusif Vəlixanov, oğlanları Rüstəm və Mehman Vəlixanov rəsmi qurumlara verdiyi izahat və ifadələrdə fəhlələrə borclu olduğunu təsdiq ediblər. Ancaq məhkəmədə isə əksinə fəhlələrin onlara borclu qaldığını bildiriblər.

Abşeron rayon məhkəməsində haqq-ədalət tapa bilməyən 30 fəhlə apellyasiya şikayəti veriblər. Apellyasiya şikayətində Abşeron rayon Məhkəməsinin qanunsuz qərar çıxardığını və bu prosesdə merkantil maraq güddüyünü bildiriblər.
Fəhlələrin sözlərinə görə, mətbuatda şikayətləri dərc olunandan sonra MTK rəhbərliyi onlarla əlaqə saxlayıb və onlardan apellyasiya şikayəti verməməsini istəyib. Əvəzində fəhlələrə 10 min dollar verməklə “halallaşmaq” istəyib. Fəhlələr isə buna razi olmayıblar. Əslində isə MTK rəhbərliyi fəhlələrin başını aldatmaqla vaxt qazanıb, apellyasiya şikayətinin vermə vaxtinin bitməsi məqsədi güdürmüş…

Qeyd edək ki, yaranmış mübahisə ilə bağlı tərəflərin bir-birindən rəsmi qurumlara etdiyi şikayətlərin birində, daha konkret “Nuray House” MTK-nın sədri Vəlixanov Mehman Yusif oğlu (Yusif Vəlixanovun oğlu – red) tərəfindən 20 yanvar 2017-ci il tarixində Abşeron rayon Polis İdarəsinə edilmiş şikayət ərizəsində onların Arif Ağamaliyevə (MTK-da işləyən fəhlələrdən biri – red.) 25 min 165 manat borcu olduğunu yazıb. Ən maraqlısı isə Yusif Vəlixanovun digər oğlu Rüstəm Vəlixanov məhkəməyə verdiyi izahatında fəhlələrin onlara 25 min 165 manat məbləğində borclu olduğunu qeyd edib…

Göründüyü kimi iki qardaşın bir – birindən 180 dərəcə fərqli olan ifadələrindəki təzad “Nuray House” MTK-la fəhlələrin mübahisəsində hər şeyi ortaya qoyur. Məhkəmə hakimi İlham Kərimli bu təzadlı ifadələri nəzərə almayaraq Azərbaycan Respublikası adından qətnamə qəbul edir.

Tendensiya.com-un araşdırmaları nəticəsində məlum olub ki, “Nuray House” MTK fəhlələri aldatmaqla yanaşı dövlət qurumlarına da “kələk gəlib”. Redaksiyaya daxil olan sənədlərə ötəri nəzər salmaq kifayət edir ki, “Nuray House” MTK Xırdalan şəhəri Heydər Əliyev prospektində tikdiyi binanın inşaşı prosesində Azərbaycan Respublikasının qanunvericiliyi kobud şəkildə pozub… \\miq.az\\

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113751

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930